İran-İraq müharibəsində həlak olmuş və cənazələri son zamanlarda tapılmış 250 naməlum əsgərin nəşləri bu gün İranın müxtəlif şəhərlərində eyni zamanda dəfn olunacaqlar.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, naməlum əsgərlərdən 150-nin nəşi Tehranda dəfn ediləcək.
Qalan 100 naməlum əsgər nəşi İranın 24 fərqli bölgəsində xüsusi mərasim çərçivəsində dəfn ediləcək.
Naməlum əsgərlərin dəfn mərasimi həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhid edilən gününə təsadüf edir.
İran tərəfinin məlumatına görə naməlum əsgərlər əsasən “Kərbəla-5” və “Vəl-Fəcr” əməliyyatları zamanı şəhid olan əsgərlərdir.
İranla-İraq arasında minlərlə digər həlak olmuş əsgələrin cənazələrinin tapılması üçün birgə işlər davam edir.