İrana məxsus bu lokatorla gəmilər itməyəcək

İranın elm təməlli şirkətlərindən biri dənizdə gəmilərə yol göstərmə və naviqasiya istiqamətində kömək edəcək dəniz lokator sistemi hazırlayıb.

Xarici KİV-in Prezident yanında elmi müavinliyə istinadən verdiyi məlumata görə, İranın elm təməlli şirkətlərindən biri dənizdə gəmilərə yol göstərmə və naviqasiya istiqamətində kömək edəcək dəniz lokator sistemi hazırlayıb.

Bu elm təməlli şirkətin baş direktoru Qulam Rza Nəcəfpur deyib: GPS xəritəsi yaxud lokator ticarət, balıqçılıq və hərbi gəmilərdə istifadə olunan proqrama və cihaza əsaslanan bir sistemdir. O, gəmiyə quraşdırıllan 10 düymlük manitora bənzəyən və xəritə ilə işləmək üçün alətlər dəstinə sahib olan proqramlı bir cihazdır.

O, dəniz və peyk xəritələrinin yüklənməsini, radar və AIS-ə qoşulma imkanını dəniz lokator sisteminin xüsusiyyətlərindən sayaraq deyib: Bu sistemin istifadəçisi AIS radarı və GPS-dən aldığı məlumatlara əsasən, öz mövqeyini hər an dənizdə izləyə və həmçinin hər an dərinliyə də şamil olan dəniz topologiyasına baxa bilər. İstifadəçi bununla yanaşı, bu sistemdən və bu sistemə oxşar digər sistemlərdən istifadə etməkdə olan digər gəmi və qayıqlara hər an xəritədə baxa bilər. Sonda istifadəçi bu məlumatlar vasitəsi ilə gəminin yönləndirilməsini və naviqasiyasını həyata keçirə bilər və bir nöqtədən başqa bir nöqtəyə hərəkət etmək istədiyi zaman digər gəmilərlə toqquşma kimi problemlərlə üzləşməmək üçün öz yoluna nəzarət edə bilər.

Nəcəfpur bu sistemin ölkədə ilk dəfə olaraq istehsal olunduğunu vurğulayaraq deyib: Bu məhsul keçmişdə bir neçə xarici şirkətdən alınırdı. Amma sanksiyalar tətbiq edildikdən sonra xəritələr və proqramlar xarici şirkətlər tərəfindən yenilənmirdi. Sistemlərin çoxu da köhnəlib.

O, əlavə edib: Bu sistemin istehsalı sahəsində  attıdığımız addımla əgər bazara daxil ola bilsək, həm valyuta çıxışının qarşısını ala bilərik, həm də dənizdə istifadə etmələri üçün müasir proqram və xəritələri gəmilərin ixtiyarına verə bilərik.

Qlobal dəniz fövqəladə və təhlükəsizlik sistemi istehsal edilir

Nəcəfpur bu şirkətin simulyatorlar barəsində atdığı addımlara toxunaraq deyib: Hal-hazırda Qlobal dəniz fövqəladə və təhlükəsizlik sistemi adlı layihə üzərində işləyirik. Bu sistemin vəzifəsi bundan ibarətdir ki, gəmilərin daxilindəki rasiya və digər alətlərdən istifadə etməklə fövqəladə hallarda gəmiyə, yaranmış təhlükədən özünü xilas etmək üçün kömək etsin yaxud lazımi yardımları əldə etmək üçün öz möqeyini digərlərinin diqqətinə çatdırsın. İndi bu simulyatoru istehsal etməkdəyik və bununla əlaqədar olaraq bir təşkilatla müqavilə bağlamışıq.

Rayane Fənnavəre Sina Şirkətinin baş direktoru bu şirkətin digər məhsullarından birinin yerli planşet olduğunu bildirərək deyib: Bu sistemin sınaq nümunəsi hazırlanıb və onun sənaye nümunəsini istehsal etmək üçün bir qrum yaxud bir təşkilatdan lazımi dəstəyi almağa çalışırıq. Təbii ki, bu məhsulun əsas müştəriləri təşkilatlardır və bu məhsulun o qədər də ictimai bazarı yoxdur.

 Prezident yanında elmi müavinliyin təmənnasız dəstəyi

Nəcəfpur Prezident yanında elmi müavinliyin bu şirkətə olan dəstəkləri barəsində deyib: GPS xəritəsinin istehsalında elmi müavinlik tərəfdən bizim şirkətə təmənnasız vəsait ödənildi. Bu layihənin icra dəyəri təxminən 1 milyard tümən idi ki, onun 40%-i elmi müavinlik tərəfindən əvəzzis olaraq ödənildi. Bu, çox yaxşı kömək idi və biz onun vasitəsilə layihəni tamamlaya bildik.

O, sonda bu şirkətin yaratdığı məşğuliyyət həcmi barəsində deyib: Bu şirkətdə 6 nəfər tamştatlı, 6 nəfər yarımştatlı işçi çalışır və bəzən bir neçə nəfər də uzaqdan-daha çox proqram sahəsində-bizim şirkətlə əməkdaşlıq edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir