İrana məxsus qazma cihazı 1 km dərinlikdən nümunələr götürür

Elm təməlli şirkətlərdən biri 1000 m dərinlikdən nümunələr götürmə gücünə malik olan hidravlik qazma cihazı istehsal etməyə nail olub.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Rabitə və İnformasiya Mərkəzinin verdiyi məlumata əsasən, elm təməlli şirkətlərdən birinin baş direktoru bu şirkətin istehsal etdiyi məhsullar və onların istifadəsi barəsində deyib: “Bizim istehsal etdiyimiz cihaz mədənlərdə istifadə edilən hidravlik qazma cihazı sahəsindədir. Mədənlə bağlı fəaliyyətlərdə ilk növbədə kəşfiyyatlar həyata keçirilir. Yerin hansı dərinliyində hansı məhsulun və mineral maddələrin olduğu müəyyən edildikdən sonra mədən işləri başlayır. Buna görə də, biz yerin daxilindən nümunə götürən cihaz istehsal etdik və bizim istehsal etdiyimiz cihazla bu işi 1 km dərinliyə qədər görmək olar.”

O, deyib: “Bizim heç bir dəstəyə ehtiyacımız yoxdur və ondan istifadə etməmişik. Bizim vəzifəmiz ehtiyaclarımızı kəşfiyyat yerindən təmin etməkdir və inanırıq ki, öz yükümüzü hökumətin çiyninə qoymamalı, özümüz irəliləməliyik. Hökumətdən istədiyimiz yeganə istək budur ki, bu işin elitasını bizə təqdim etsin ki, onları cəlb edək. Bu iş bizim kimi elm təməlli şirkətlər, gənclər və ölkə üçün çox yaxşıdır.”

Sonda bu texnoloq bu şirkətin digər oxşar şirkətlərlə olan fərqli cəhəti barəsində deyib: “Bizim fərqli cəhətimiz budur ki, bu cihazı istehsal etdiyimiz zaman işin bütün eyb və nöqsanlarını rahatlıqla müəyyənləşdirir və aradan qaldırırıq. Əslində, bu cihazların həm istehsalçısı, həm də istehlakçısı olduğumuzdan, istifadəçinin üzləşdiyi problemlərin bir çoxunu tapıb, aradan qaldırırıq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir