İranın elm təməlli şirkətlərindən birinin texnoloqları ağıllı yanğın siqnalizasiya sistemi hazırlamaqla təhlükəsizliyin artırılmasında və qəzaların təsirlərinin azaldılmasında təsirli rol ifa etməyə nail olublar.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, 5O7 Təhükəsizlik Müşavirləri Şirkətinin Laboratoriyaları Məcmuəsinin rəhbəri Müqəddəs Yaqubi bu məcmuənin ağıllı yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin hazırlanması və tədqiqatları sahəsindəki fəaliyyətini izah edərək deyib: Bu elm təməlli şirkət ilk ünvanlı smart yanğın siqnalizasiyası sisteminin dizaynı və istehsalında tədqiqatlar aparmaqla ölkədə fəaliyyət göstərir.
O, sözlərinin davamında deyib: Bu şirkətin mütəxəssisləri və tədqiqatlçıları paralel olaraq mekatronikaya əsaslanan avadanlıqların istehsalı və həmçinin xüsusi laboratoriya avadanlıqları üzərində fəaliyyət göstərir.
Texnologiya sahəsinin bu fəal üzvü ağıllı yanğın siqnalizasiya sisteminin istehsalı və təqdim olunmasına işarə edərək deyib: Hal-hazırda çox fərqli keyfiyyət və xarici asılılıq olmadan ünvanlı smart yanğın siqnalizasiyası sisteminin istehsal prosesi başlayıb. Bu biliyə əsaslanan məhsul bütün milli və ölkəyə aid standartları əldə etməklə yanaşı, bütün kalibrlənmiş laborator yanğın siqnalizasiya sistemi avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir.
Yaqubi əlavə olaraq deyib: Ölkənin mili kvalifikasiya təsdiq mərkəzindən təsdiq sertifikatının alınması, bu şirkətin ölkənin standart təşkilatının tərəfdaş laboratoriyası olaraq yer alması və qeydə alınmış 14 ixtira bu elm təməlli şirkətin fəaliyyətlərinin bir hissəsi sayılır.
O, bu şirkətin elm təməlli məhsulu, tədqiqat və texnoloji layihələri barədə deyib: Bütün dünya dillərini əlavə etmək imkanı, fərqli keyfiyyət və etibarlı performansa sahib fars dilli ünvanlı smart yanğın siqnalizasiyası sisteminin dizaynı, proqramlaşdırılması və istehsalı 5O7 Təhükəsizlik Müşavirləri Şirkətinə məxsus layihələrdən sayılır.
5O7 Təhükəsizlik Müşavirləri Şirkətinin Laboratoriyaları Məcmuəsinin rəhbəri bu biliyə əsaslanan məhsulun yerli texnologiyayla hazırlanmasını vurğulayaraq deyib: Bu məhsulun istehsalı iranlı mühəndislərin gücünü sübut etməklə yanaşı, oxşar xarici məhsulların istehsal olunmuş bu məhsulla müqayisə şərtlərini aradan qaldırıb.
Yaqubi xatırladıb: Elm təməlli şirkət olaraq ölkə gənclərinin gücünə arxalanaraq hər növ xarici asılılığın aradan qalxması üçün çalışmışıq və bu gedişat davam edir.