İranın ilk PUA daşıyan gəmi diviziyası
“Tariq” və “Fateh” sualtılarından pilotsuzların uçuşu uğurla həyata keçdi
İran İslam Respublikası hərbi nailiyyətlərinin davamında Dəniz Hərbi Donanması sahəsində daha yeni bir uğurunu qeyd etdi.
Əl-aləm telekanalının verdiyi məlumata əsasən İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvinin iştirakı ilə İranın ilk PUA daşıyan gəmi diviziyasının “Tariq” və “Fateh” sualtılarından pilotsuzlar uçuşu həyata keçib.
Bu diviziya Dəniz Qüvvəsində ilk dəfə olaraq hərbi pilotsuz təyyarələrin daşınması, göyərtədən və yeraltı havaya uçuşuna imkan yaradır. Həmçinin bu uğur vasitəsi ilə döyüş himayə gəmilərinin modernləşdirilməsi və PUA daşıyan gəmi diviziyalarının dəstəyi sayəsində pilotsuzların kəşfiyyat və informasiya imkanları ilə yüzlərlə, hətta minlərlə kilometr yuxarıda da düşmənin hədəf və mövqelərinə yetişmək mümkündür.
Məlumata görə Dəniz Qüvvələrinin baş komandanı general-mayor Musəvinin iştirakı ilə keçirilən açılış mərasimində Dəniz diviziyasının modern istehsalları da sərgilənib. Belə ki, Müdafiə nazirliyi ilə elmi mərkəzlərin birgə istehsalı olan “Pelikan”, “Homa”, “Arəş”, “Çəmruş”, “Jubin”, “Əbabil 4” və “Bavər 5” kimi müxtəlif tipli pilotsuz uçuş aparatlarının məharətləri Hind Okeanı suları üzərində nümayiş etdirilib.
Məlumatda deyilir: Bu PUA-lar “Fateh” və “Tariq” kimi sualtı gəmilərin göyərtəsindən dəniz bir neçə göyərtədən havaya qalxa və konkret bir hüdudda əməliyyat həyata keçirə bilərlər.
General-mayor Əbdür Rəhman Musəvi açılış mərasimində müxbirlərlə müsahibəsində mütəxəssislərin bu nailiyyətlərinə görə İranın qürurverici uğurlarını vurğulayaraq deyib: Beynəlxalq təcavüzkarlıq və bu sisteminin aqressivliyini nəzərə alaraq günü-gündən müdafiə xəttini gücləndirmək zərurət daşıyır. Müdafiə xəttinin ən başlıca sahəsi isə modern cihazlar sırasında olan PUA-lar bu sahədə əhəmiyyətli və təyinedici rola malikdirlər.
General-mayor Musəvi həmçinin deyib: Gördüyünüz kimi
pilotsuzların kəşfiyyat və informasiya imkanları ilə yüzlərlə kilometr uzaqlarda ölkə sərhədlərini əhatə edir və məhvedici pilotsuzlar isə İslami İranın hətta beynəlxaq sualrda belə qoruyucusu hesab olunurlar. Belə ki, ehtimali təhdidlər və düşmənin yersiz səhvləri qarşısında peşmanedici zərbələr endirmək üçün ən güclü vasitədirlər.
O, deyib: Bu, İran İslam Respublikasının Silahlı Qüvvələrinin ixtiyarına qoyulan son dərəcə misilsiz bir imkandır.
Kontr-admiral İrani əlavə edib: İran İslam Respublikası Ordusunun eskadraları iki min kilometrdən çox bir məsafədə yerləşir və İranın iqtisadi arteriyası və gəmiçilik xətlərinin təhlükəsizliyini təmin edirlər. PUA uçuş bölmələrilə dəniz qüvvələrinin əməliyyat əhatəliliyi iki min kilometdən üç min kilometrə və ondan da yuxarıya yüksəlir.
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bu gün İranın xəbər kanalı ilə müsahibədə deyib: Faktiki olaraq bu gün insan təfəkkürü təyinedici bir faktordur. İnsan zehninin məhsulu olan smart-cihazlar vasitəsilə yüksək keyfiyyətli əməliyyatlar ən tez və ən keyfiyyətlli formada həyata keçməkdədir.
Kontr-admiral Şəhram İrani müsahibənin davamında deyib: Hal-hazırda ölkəmizin vətənpərvər mütəxəssislərinin müdafiə sənayesində bir daha yeni nailiyyətlərinin şahidi olduq. Bu dəfə onlar yeni nəsil müxtəlif tipli pilotsuz uçuş aparatlarını nümayiçş etdirdilər. Cənab Şəhram İrani sonra deyib: Bu uğurla Dəniş Qüvvələri dəfələrlə sübuta yetirdiyi “İran daha da qüdrətlidir” şüarını təsdiqlədi və müxtəlif hava hərbi əməliyyatlarda əldə etdiyi müvəffəqiyyətdən əlavə okean dərinliklərində də sualtı və suüstü gəmi göyərtələrindən kilometrlərlə uzaqda olan ehtimali düşməndən müdafiə sistemlərini yüksək keyfiyyətlə dünyaya sərgilədi.