İran, Xorvatiyada keçirilən Yunan-Roma güləşində çempion olub

İranın seçilmiş Yunan-Roma güləşi üzrə komandası, Xorvatiyada keçirilən Beynəlxalq Zaqreb Open turniri və Dünya Birliyi reytinqi yarışlarında 4 qızıl, 4 gümüş və 5 bürünc medal qazanmaqla çempion olub.

Dünya Birliyi reytinqi- Zaqreb Open turnirinin Yunan-Roma güləşi üzrə beynəlxalq güləş yarışları 3-5 Fevral tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilib. Sonda 18 nəfərdən ibarət İran komandası 4 qızıl, 4 gümüş və 5 bürünc əldə edib.

Qızıl medal əldə edənlər: 55 kq-da Puya Dadmərz, 60 kq-da Mehdi Möhsin Nejad, 77 kq-da Muhəmməd Əli Gerayi və 82 kq-da Əlirza Mohmidi;

Gümüş medal əldə edənlər: 63 kq-da Arif Muhəmmədi, 67 kq-da Rza Abbasi, 72 kq-da Səccad İmən Tələb və 87 kq-da Nasir Əlizadə;

Bürünc medal əldə edənlər: 55 kq-da Muhəmməd Mehdi Cəvahiri, 63 kq-da İman Muhəmmədi, 77 kq-da Əmin Kaviyani Nejad, 82 kq-da Pejman Poştam və 130 kq-da Əmir Qasimi Moncəzi.

Yarışların sonunda İran komandası 195 xalla çempion adını qazanıb. İran komandasından sonra Macarıstan və Azərbaycan komandaları sırayla 80 xalla üçlüyü bölüşüblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir