İran “Xəyyam” peykini orbitə göndərəcək

İran İslam Respublikası “Xəyyam” peykini Baykonur kosmik stansiyasından orbitə buraxmağa hazırlaşır

İRİB-nin məlumatına əsasən, “Xəyyam” qabaqcıl peyki gələn həftə Qazaxıstanın Baykonur kosmik stansiyasından “Soyuz” peyk daşıyıcısı ilə orbitə buraxılacaq.

Bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya ilə birgə əməkdaşlıq çərçivəsində “Xəyyam” qabaqcıl peyki gələn həftə Qazaxıstanın Baykonur kosmik stansiyasından “Soyuz” peyk daşıyıcısı ilə orbitə buraxılacaq.

Dəqiq ölçülərə malik bu qabaqcıl peyk ölkənin müxtəlif hissələrini daha “ağıllı” etmək üçün dəqiq məkan məlumatlarından istifadə imkanı verəcək.

Kənd təsərrüfatı məhsuldarlığının artırılması, ölkənin su ehtiyatlarının dəqiq monitorinqi, təbii fəlakətlərin idarə edilməsi, tikintilərin monitorinqi və torpaqların mənimsənilməsi ilə mübarizə, ekoloji təhlükələrin monitorinqi, mina və faydalı qazıntıların monitorinqi, ölkə sərhədlərinin monitorinqi və bir çox digər tətbiqlər, o cümlədən alınan məkan məlumatlarının alınması zamanı “Xəyyam” peykindən istifadə olunacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir