Mədəniyyət və islami irşad naziri kağız istehsalı imkanları və maşınlarını yoxlamaq məqsədilə, kağız istehsalının texniki qrupunun tezliklə İrandan Venezuelaya yola düşəcəyini bəyan edərək deyib: Kağız istehsalı fabrikinin bu ölkədə ən qısa zamanda istifadəyə verilməsi istiqamətində səylər göstərilir.
Muhəmməd Məhdi İsmaili müxbirlərin iştirakı ilə keçirilən dövlət nümayəndə heyətinin iclasında Venezuelada İran və Venezuela arasında birgə kağız istehsalı fabrikinin inşası barəsində deyib: Kağız fabriki münasib iqlim şəraiti olduğuna görə Venezuelada inşa edilib və bu ölkə hakimiyyəti 400 min hektar meşəni ona aid edib.
Mədəniyyət və islami irşad naziri deyib: İndi əlaqədar mexanizmlər Venezuelaya daxil olub. İranlı texniki qrupun gələn günlərdə bu ölkəyə yola düşməsi və onların texniki gücünü araşdırması qərara alınıb.
İsmaili bu fabrikin işə salınması üçün tələblər və mexanizmin mövcud olması, amma Venezuelanın sanksiya səbəbindən dövriyyə kapitalına möhtac olmasını və bu kapitalın Tehranda təmin edilməsini vurğulayaraq deyib: Bizim kağız fabriklərimizin bir çoxunun taxtaya ehtiyacı yoxdur və onlar tullantı yaxud cənub qamışından istifade edirlər. Buna görə də kağız istehsalı üzrə texniki biliklərə sahibik.
O, xatırladıb: Venezuelada yaranmış bu fürsətlə, Venezuela kağız fabriknin ən qısa zamanda istifadəyə verilməsi yolunda səylər göstərilir. Region ölkələrində kağız bazarı üçün yaxşı imkanımız olmaqla yanaşı, kağıza olan daxili ehtiyacın bir hissəsini buradan təmin edə bilərik.