İran və Venezuela beynəlxalq arenada iki mühüm tərəfdaşdırlar

Venezuelanın Xarici İşlər naziri, Əmir Abdullahiyanla telefon danışığında İran və Venezuelanı beynəlxalq arenada iki mühüm tərəfdaş adlandırıb və iki ölkənin birgə İqtisadi Komissiyasının uğurla keçirilməsindən məmnunluğunu bildirib.

Xarici KİV-in verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Yanvarın 7-i “İvan Ceyl Pinto” ilə telefon danışığı zamanı onu Venezuelanın yeni Xarici İşlər naziri təyin olunmasını ilə əlaqədar təbrik edib və iki ölkənin mühüm mövzuları barəsində fikir mübadiləsi aparıblar.

İran Xarici İşlər naziri bu danışıqda tərəflərin həmkarlığı və səyləri ilə bütün zəminlərdə iki ölkənin əlaqələrinin genişlənməsinin şahidi olacağına ümidvar olduğunu bildirib.

“İvan Ceyl Pinto” telefon danışığında Əmir Abdullahiyana öz təşəkkürünü bildirərək İran və Venezuelanı beynəlxalq arenada iki mühüm tərəfdaş adlandırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir