İran və Pakistan arasında elmi və texnoloji əməkdaşlığın artması

Pakistan Təhsil nazirinin ali müşavirinin rəhbərliyi altında bu ölkənin  universitetlərinin rəhbər və professorlarından ibarət 16 nəfərlik yüksək rütbəli nümayəndə heyəti İranın İnnovasiya və Texnologiya Evini (iHate) ziyarət edib.

Bu ziyarət zamanı iki ölkə arasındakı elmi və texnoloji əməkdaşlıq vurğulanıb.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Beynəlxalq Qarşılıqlı Əlaqələr Mərkəzinin rəhbəri Əmir Hüseyn Mirabadi pakistanlı nümayəndə heyətini salamlayaraq deyib: Ortaq nöqtələri və məsələləri tapmaq üçün bu görüşü bir fürsət sayırıq.

O, sözlərinin davamında deyib: Pakistanla əməkdaşlığa hazırıq. Bu ölkədə mövcud olan potensiallardan və imkanlardan xəbərimiz var və bu ölkə ilə əlaqələrimizi genişləndirməyə can atırıq. Təbii olaraq, biz burada Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi tərəfindən nümayəndə olaraq sizi qəbul etdiyimizə görə, diqqətimizi elm, texnologiya və innovasiya sahələrinə yönəltmişik.

Onun sözlərinə görə, informasiya və kommunukasiya texnologiyası, kənd təsərrüfatı və səhiyyə kimi sahələr bu əməkdaşlığın sahələri arasında ola bilər.

Mirabadi onların elm təməlli şirkətlər vasitəsilə sadalanan sahələrdəki məhsullarımıza yetişə biləcəklərini bəyan edərək deyib: Elm təməlli şirkətlər İranın müxtəlif sahələrdəki  məhsulları və nailiyyətlərini çox yaxşı şəkildə sizə təqdim edə bilərlər.

Pakistan Təhsil nazirinin ali müşaviri Muxtar Əhməd də bu səfərin onun İranı ikinci dəfə ziyarəti olduğunu bəyan edərək deyib: Əvvəlki səfərdə Həmədandakı Pərdis Texnologiya Parkı və Bu Əli Universitetində oldum, bu mərkəzlərdəki alimlərin və mürəxəssislərin nailiyyətləri ilə tanış oldum. Amma bu dəfəki səfərdə Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edirəm və elm və texnologiya sahəsindəki baxış nöqtəmizi sizinlə bölüşməyə hazıram.

O, sözlərinin davamında deyib: İran və Pakistan oxşar problemlərə və çətinliklərə sahibdirlər. Bu ortaq məsələ bizi bir-birimizə birləşdirə və qarşılıqlı əməkdaşlığa zəmin yarada bilər. Biz İranla elmi və texnoloji sahələrdə əməkdaşlıq və qarşılıqlı əlaqəyə maraqlıyıq.

Muxtar Əhməd sanksiyaların İranın elmi sahələrdə daha müvəffəq olmasına səbəb olduğunu bəyan etməklə, professor və tələbə mübadiləsinin və ortaq layihələr barəsində müzakirələrin İran və Pakistan arasındakı əməkdaşlıq sahələrindən və variantlarından ola biləcəyini təklif edib. O, ilk tənzimləmələrin İranda olması istəyib.

O, həmçinin əlavə edib: Müxtəlif ölkələrdə milli pavilyonlar təşkil edən İranın Pakistanı da bu pavilyonların keçirilməsi proqramına daxil edəcəyinə ümid edirik.

O, sonda bildirib: Hindistan və Banqladeş kimi region  ölkələrinin əməkdaşlığı ilə əməkdaşlıqları genişləndirə və təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmaya bilərik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir