İran: Uranı 60%-dən çox zənginləşdirməyəcəyik

“Nüvə sazişi baş tutmasa uranı 60%-dən çox zənginləşdirmək niyyətimiz yoxdur.”

SalamNews xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami Sputnik-ə müsahibəsində deyib.

M.İslami nüvə sazişinin əldə edilməyəcəyi təqdirdə İranda uranın 60%-dən çox zənginləşdirilib, zənginləşdirilməyəcəyi ilə bağlı sual cavablandırıb və belə bir fikrin olmadığını deyib.

İran rəsmisi bildirib ki, ölkəsində nüvə proqramı sənaye və istehsalda olan ehtiyacların ödənilməsi, və ölkədəki enerji istehlakçı tərəflərinin ehtiyaclarını təmin etmək məqsədi daşıyır.

O bildirib ki, ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxması və sanksiyalara başlaması fonunda İranın atdığı addımlar Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına və nüvə razılaşmasına uyğundur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir