İran təcrübələrindən istifadə etməklə Venezuelanın ilk Elm və Texnologiya Parkının yaradılması

Venezuela prezidenti Venezuelanın ilk Elm və Texnologiya Parkının açılış mərasimində İrana etdiyi səfərinə işarə edərək deyib: Venezuelanın ilk Elm və Texnologiya Parkı İran təcrübələrindən istifadə etməklə və Pərdis Texnologiya Parkından nümunə götürərməklə təsis olunub.

Pərdis Texnologiya Parkına istinadən xarici KİV-in verdiyi məlumata görə, Venezuelanın ilk Elm və Texnologiya Parkının açılış mərasimində, ölkənin prezidenti Nikolas Maduro İrana etdiyi səfərə və Pərdis Texnologiya Parkına olan ziyarətinə işarə edərək deyib: İrana etdiyim səfərdə Prezident yanında Elm və Texnologiya müavinliyinin dəvəti ilə Pərdis Texnologiya Parkını ziyarət etdim. Bu ziyarət məni və yoldaşlarımı təəccübləndirdi. Bu ziyarətdən sonra Pərdis Texnologiya Parkı tətbiqi elmlərə diqqət və elmi, iqtisadi və sənayenin inkişafı üçün zəruri investisiyalar modeli kimi öyrənildi. Venezuelanın ilk Elm və Texnologiya Parkının açılışı ilə ölkədə elm və texnologiyanın inkişafı yolunda ilk addım atılmış oldu.

İİR-nın Karakasdakı səfiri Höccətullah Sultaninin, Venezuelanın bir qrup nazirləri və müxtəlif ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən bu mərasimdə, Madro İranda elm və texnologiyanın inkişafına işarə edərək deyib: Dünyanın bütün alim və tədqiqatçılarını İranı və Pərdis Texnologiya Parkını ziyarət etməyə dəvət edirəm. Oradakı müxtəlif bölmələr özəl və dövlət investisiyalarından bəhrələnməklə, bütün məshsulların istehsalı üçün tətbiqi elmləri inkişaf etdirirlər. Orada 300 şirkət tərəfindən 300 layihə həyata keçirilib, təqdirə layiq məhsulların yüksəlişi və sənayeləşməsinə nail olublar.

Venezuela prezidenti Venezuelanın ilk Elm və Texnologiya Parkının açılışını, Pərdis Texnologiya Parkından və İranın elm və texnologiya tərəqqisindən nümunə götürdüyünü bildirərək deyib: Venezuelanın bütün sahələrdəki inkişafı onun qabaqcıl elm və texnologiya sahlərindəki elminə söykənir. Gərək İİR kimi qardaş ölkələrlə ittifaq yolu və Salk cəmiyyətinin 33 üzv ölkəsi ilə qardaşlıq və dərin məhəbbət yolu ilə məhsul, innovasiya və milli istehsalı əvəz etməklə bütün sanksiyalara son qoyaq.

Bu hesabata əsasən, İranla Venezuela arasındakı elm və texnologiyanın inkişafı 2019-cu ildən və Venezuela prezidentinin elm, texnologiya, səhiyyə və təhsil müavinliyinin İrana səfəri ilə yeni mərhələyə daxil olub. Venezuela prezidenti Nikolas Maduro, bir qrup nazir və prezident köməkçilərinin İrana səfəri zamanı rəsmi görüşlərdən sonra 13 İyun 2022-ci ildə Pərdis Texnologiya Parkını ziyarət ediblər.

Bu ziyarətdə Venezuelanın Xarici İşlər naziri, Kənd Təsərrüfatı naziri, Rabitə, Elm və Texnologiya naziri, Nəqliyyat və Turizm naziri Nikolas Maduronu müşayət ediblər. Nikolas Maduro 2022-ci ildə Texnologiya Parkını ziyarət etdikdən sonra iranlı ev sahiblərinə deyib: Biz texnologiya parklarının yaradılması və inkişafı sahəsində sizdən ilham almışıq və çox istəyirik ki, sizin köməyiniz, yoldaşlığınız və dəstəyinizlə bu işi Venezuelada həyata keçirək. Həmçinin, 2022-ci ildə Venezuelada İran İslam Respublikasının texnoloji nailiyyətləri sərgisi 82 elm təməlli şirkətin, o cümlədən Karakasdakı Pərdis Texnologiya Parkının 18 şirkətinin iştirakı ilə keçirilmiş və ölkənin alim və texnoloqlarından əlavə Venezuela prezidenti Maduro da bu sərgini ziyarət etmişdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir