İran sanksiyalardan qabaqkı neft istehsalını iki aya bərpa edəcəyini bildirib

İranda sanksiyalardan öncəki neft istehsalı cari hicri-şəmsi ilin sonunadək (mart ayının 20-dək) bərpa ediləcək.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocəstə-Mehr deyib.

İran rəsmisi bildirib ki, sanksiyalardan öncəki neftin istehsalı yeni quyuların işə salınması ilə cari ilin sonuna kimi (martın 20-ə qədər) bərpa ediləcək.

O əlavə edib ki, hazırki istehsal miqdarı yerli ehtiyacları və bazarın tələbatını ödəyir.

İran rəsmisi ölkəsinin hazırda və bir neçə aydan sonra nə qədər neft ixrac edəcəyini açıqlamayıb. Mütəxəssislər İranın sanksiyalardan öncəki gündəlik ixracının 2,5 – 3 milyon barel olduğunu təxmin edirlər ki, sanksiyalar dönəmində bu rəqəm hətta 800 min barelə qədər düşüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir