İran sənaye robotu istehsal edilib

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri neft-kimya və sement sənayesinə aid məhsulların doldurulmasında istifadə edilən və avtomatik şəkildə məhsulları 50 kq-lıq kisələrə dolduraraq yük avtomobilinin üzərinə yerləşdirə bilən “Yeddi Azadlıq Dərəcəsi” robotunun istehsalına nail olublar.

Peyman Alborz Maşın İstehsalçıları Şirkətinin Direktorlar Şurasının sədri Məhəmməd Əli Xəzayi şirkətin məhsulları və onların istifadəsi barəsində bildirib: Peyman Alborz Maşın İstehsalçıları Şirkəti iki sahədə fəaliyyət göstərir. Bu şirkətin məhsullarından biri elm təməlli medalını əldə edə bildiyimiz Yeddi Azadlıq Dərəcəsi robotudur.

O, xatırladıb: Bu məhsulun eyni xarici nümunəsi yoxdur və o, ilk dəfə olaraq İran və dünya səviyyəsində bizim tərəfimizdən təkmilləşdirilib. Adı çəkilən robot neft-kimya və sement sənayesinə aid məhsulların doldurulmasında istifadə edilən və avtomatik şəkildə məhsulları 50 kq-lıq kisələrə dolduraraq yük avtomobilinin üzərinə yerləşdirə bilir. Bu robot hər bir əməliyyat prosesində 20 ədəd kisə doldurmağa qadirdir.

Xəzayi əlavə edib: Bundan əlavə, neft, qaz, neft-kimya sənayelərində istifadə olunan 150-dən çox hissə və təchizatı ilk dəfə olaraq ölkə səviyyəsində dizayn edərək lokallaşdırmışıq. Sanksiyalar və iqtisadi şərait səbəbilə bu hissələrin ölkəyə gətirilməsi mümkün deyildi. Xoşbəxtlikdən 150 hissənin hamısı neft, qaz, neft-kimya sənayelərində quraşdırılaraq istifadəyə verilib və uğurlu nəticə əldə olunub.

O, bu şirkətin ən böyük nailiyyəti barəsində deyib: Bizim kollektivdə ən mühüm  hadisə iranlı tələbələrə və mütəxəssis qüvvələrə güvən idi. Biz bu insanların dəstəyi və köməyi ilə bu robotu ilk dəfə olaraq dizayn edərək quraşdırmağı bacardıq. Bu böyük iş İran elitalarının səyi nəticəsində həyata keçdi və prezident təşkilatı da elm təməlli olmaq sahəsində bizə çox kömək oldu.

Bu texnoloq sözlərinin davamında deyib: Bu şirkətin təchizatının qiyməti təxminən 15 milyard tüməndir. Halbuki, onun xarici nümunəsinin qiyməti 90 milyard tüməndir. Bizim məhsulumuz xarici şirkətlərin təqdim etmədiyi satış sonrası xidmət və dəstəyə malikdir.

Xəzayi, həmçinin deyib: Robotun iş prosesində problem yaranarsa, o, asanlıqla xəttdən çxıb, problem həll olana qədər fəaliyyətini əl ilə davam etdirə bilər. Halbuki, xarici şirkətlərin məhsullarında hissələr ölkə xaricindən gəlib çatana kimi çox vaxt keçir. Bu məhsul müəyyən qədər valyuta çıxışının qarşısını da alıb.

O, şirkətdə yaranmış məşğulluq barəsində deyib: Şirkətdə birbaşa olaraq 20 nəfər işlə təmin olunub və təxminən 60 nəfər də dolayı yolla bizimlə əməkdaşlıq edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir