İran qanın şəkərinə nəzarət preparatı təqdim edib

İranda 2-ci tip şəkərli diabetdə qan şəkərinə nəzarət edən ən yeni dərman “Artho Herb” brendi adı altında təqdim edilib.

İRİB-nin məlumatına əsasən, Son statistikaya görə, dünyada 460 milyon insan, İranda isə 25 yaşdan yuxarı insanların 11 faizi və ya 5 milyon yarım insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ölkədə yüksək şəkərli diabet xəstəsi, bu sahədə tibbi məhsulların istehsalı üçün tələb olunan texniki biliklərin inkişaf etdirilməsi zərurətini tam əsaslandırır.

İranın Universitet Cihadı Təşkilatının Dərman Bitkiləri İnstitutunun tədqiqatçıları tərəfindən hər biri 46 şəkər xəstəsindən ibarət iki qrup üzərində aparılan klinik sınaqları zamanı bəlli olub ki, gicitikan yarpaqlarının spirtli ekstraktının tozu qanın şəkərini xeyli aşağı salır.

Bu klinik sınaq əsasında İranın Universitet Cihadı Təşkilatının Dərman Bitkiləri İnstitutu 2-ci tip şəkərli diabetdə qan şəkərinə nəzarət etmək üçün bu məhsulu  “Artho Herb” brendi adı altında istehsal edib, ictimaiyyətə təqdim edəcək

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir