SEPAH Donanmasının ikinci bölgə komandiri deyib: İİR dəniz məkanında istifadə olunan və qanadlı raketlərin istehsalında dünyada 3-cü yerdədir. Bu da bizim bu sənayedəki inkişafımızın göstəricisidir.
Xarici KİV-in verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçilər Korpusu Donanmasının ikinci bölgə komandiri general “Ramazan Zirahi” Buşehr Azad Universitetində keçirilən “dəniz sənayesi və xidmətləri üçün ümid dövrü” adlı tədbirin açılışında deyib: Buşehr vilayəti həm hərbi, həm də iqtisadi cəhətdən ölkədə xüsusi yerə sahibdir. Çünki, 94% neft və 74% neft-kimya Buşehrdən gəlir. O, xurma və balıqçılıq sahəsində ölkədə rekordçudur, həmçinin Fars körfəzi ilə ən çox su sərhədinə sahibdir.
O, İran xalqının hamısının xüsusi olduğunu, amma Buşehr vilayətinin istiqanlı camaatının öz tarixində hər iki müstəmləkə ilə mübarizə apardığını bəyan edərək deyib: Dənizin iqtisadiyyatdakı rolu xüsusi və əsaslı roldur. Dünya ictimaiyyətinin 40%-i dəniz kənarında yaşayır. Mövcud statistikaya əsasən, o, dünya iqtisadiyyatında 19 min dollar civarında rola malikdir və proqnozlara əsasən, bu rəqəm iki dəfə artacaq.