İran qan xərçənginə qarşı dərmanın xammalının istehsalında dünyanın üçüncü ölkəsidir

Elm təməlli bir şirkətin tədqiqatçıları qan xərçəngi də daxil olmaqla, bəzi xərçəng xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman məhsulunu hazırlamağa nail olublar. İran Çin və Hindistandan sonra bu dərmanın xammalının istehsal xəttinə sahib olan üçüncü ölkədir.

“İbrutinib” dərmanı Pərdis Texnologiya Parkının illik toplantısında təqdim olunan 10 məhsuldan biri idi. Bu dərman xərçəng xəstəsinin ömrünü 5 ildən çox artırdığına görə, xərçənglə mübarizə aparan dərmanlar sırasında yer alan mühüm bir dərmandır.

“İbrutinib” qan xərçəngi, transplanta davamlılıq xəstəliyi və müxtəlif növ leykoz xəstəliklərinin müalicəsi üçün həyati əhəmiyyətli bir dərman sayılır. Bu dərman həb şəklində olub, bir növ məqsədli xərçəng dərmanıdır və dünyada 10 milyard dollardan çox dəyəri olan bir bazara sahibdir.

İbrutinib istehsalçısı olan elm təməlli şirkətin tədqiqatçılarının sözlərinə görə, bu dərmanın xammalı da ölkədə lokal olaraq istehsal olunur və İran Çin və Hindistandan sonra bu xammalın istehsal xəttinə sahib olan üçüncü ölkədir. Bu dərmanın ölkədəki istehsalı İranı İbrutinib dərmanının 10 milyard dollarlıq bazarında əsas rol ifa edənlərdən birinə çevirə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir