Seyidə İlham Hüseyni İran qadın ağır atletikasının tarixində ilk qızıl medalı əldə edib.
İRİB-nin məlumatına əsasən, Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarında qadınların səksən bir kiloqram çəki dərəcəsində Seyidə İlham Hüseyni İran qadın ağır atletikasının tarixində ilk qızıl medalı qazanıb.
Bu yarışlarda Seyidə İlham Hüseyni həmçinin iki hərəkətdə və ümumi nəticədə iki bürünc medal da əldə edibdir.
Türkiyənin Konya şəhərində keçirilən Beşinci İslam Həmrəyliyi Oyunları avqustun doqquzundan on səkkizinədək cərəyan edir.