İran qabaqcıl neft qazma buruğu istehsalında dünyada 4-cü olacaq

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin əməkdaşlıq müqaviləsinin imzalanması ilə neft sənayesinin sanksiyaya məruz qalmış ən əsas ehtiyaclarından birinin yerli mütəxəssislər tərəfindən təmin olunması üçün “dönən idarə olunan qazma” (RSS)  avadanlığının istehsalı başlayıb. Beləliklə də, İran bu qabaqcıl texnologiyaya sahib olan dünyanın 4-cü ölkəsi olacaq.

Xarici KİV-in verdiyi məlumata görə, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi ilə Raya Enerji Mühəndislik və Dəqiq Alətlər Şirkəti arasında dönən idarə olunan qazma (RSS) avadanlığının və ona bağlı texnologiyaların istehsalı və istismarı zəmnində birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu müqavilə Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini “Ruhullah Dehqani”, Neft nazirinin müavini “Möhsin Xocəste Mehr”, İran Milli Neft Şirkətinin baş direktoru və bir qrup müavin və direktorların iştirak etdiyi bir mərasimdə imzalanıb.

Razılaşmanın mövzusu dönən idarə olunan qazma (RSS) avadanlığının istehsalı və istismarının icrası, onun lokallaşdırılması və ona bağlı texnologiyaların inkişafıdır. Bu razılaşmaya əsasən, 3 ədəd dönən idarə olunan qazma (RSS) avadanlığının istehsalının lokallaşması və ona bağlı texnologiyaların inkişafı Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini himayəsi altında olub, Milli Neft Şirkəti tərəfindən istismar olunacaq.

Bu müqaviləyə əsasən, ölkənin neft-qaz yataqlarında 10 il müddətində dönən idarə olunan qazma (RSS) avadanlığının vasitəsilə istiqamətli qazma xidmətlərinin göstəriləməsi və istismarı, RSS avadanlığının əsas və ikinci dərəcəli texnologiyaların inkişafı və əldə edilməsi zəmnində beynəlxalq əməkdaşlıqların yaradılması, ölkənin yaradıcı və elm təməlli ekosisteminin insan kapitalı imkanından istifadə etməklə istedadlı insan qüvvəsinin inkişafı və təlimi İran Milli Neft Şirkəti və ona bağlı şirkətlər tərəfindən həyata keçiriləcək.

Bu texnologiyanın əhəmiyyəti ona görədir ki, kəşf olunmuş neft quyuları əl çatılması çətin olan yerlərdə ola bilər və onların neftini qazma qurğuları ilə çıxarmaq olmaz. Bu problemin aradan qalxması üçün qazma texnologiyası yerin altında istiqamətini dəyişməli və neft yataqlarına çatmalıdır.

İstiqamətli fırlanan qazma texnologiyası neft quyularının qazılmasında istifadə olunan və fırlanmanı dayandırmadan qazmanı istənilən istiqamətlərə yönəltmək imkanı verən yeni bir texnologiyadır. Qısa olaraq RSS kimi tanınan idarə olunan dönmə sistemi (Rotary Steerable System) bu növ qazmalarda istifadə olunan alətlərdən biridir ki, bugün neft-qaz sənayesində yüksək qabaqcıl avadanlıqlardan biri kimi tanınır. Sanksiyaya görə uzun illərdir ki, İranın neft sənayesində bu avadanlığın təmin edilməsi problemlə üzləşib.

İran 2011-ci ildən bəri ümümi neft yataqlarındakı neft  çıxarılmasında və neft hasilatının artırılmasında çox əhəmiyyətli olan bu avadanlığın idxal olunmasının ardınca olub. Bu mürəkkəb texnologiya neft çıxarma xərclərini çox aşağı salır və hasilat həcmini əhəmiyyətli dərəcədə artırır.

İndiyədək yalnız 3 ölkə ABŞ, İngiltərə və Çin bu növ qabaqcıl qazma avadanlığını istehsal edirdi. İran bu qabaqcıl texnologiyanın istehsalında dünyanın 4-cü ölkəsi olacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir