İran PUA-ları Amerikanı təşvişə salıb

Son günlər İran İslam Respublikasının modern pilotsuz uçuş aparatlarının istehsalı, Rusiya və Türkiyə dövlət başçılarının Tehran səfəri və bu məsələdən narahat olan ABŞ rəsmiləri haqda çoxlu xəbərlərlə qarşılaşırıq. Təbiidir ki, İranın bu narahatlıqlardan doğan təhdid qoxulu reaksiyalara cavabının olması zərurəti vardır. Çünki İranı dünya xalqları üçün təhlükə kimi qələmə verib yersiz-qanunsuz sanksiyalara məruz qoyan təhdid səsləndiricilərinin özlərinin həqiqi mahiyyəti aşkara çıxmalıdır.

Elə bu cəhətdən də İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Quddusi son günlərdə baş verən xəbərlərə öz münasibətini bildirərək  deyib: İranın ölkə təhlükəsizliyinin qorunması məqsədi ilə istehsal etdiyi PUA-lar beynəlxalq arenada güc simvolu sayılan Amerikanı təşvişə salıb.

Cavad Kəriminin sözlərinə görə İran İslam Respublikası 8 il davam edən Müqəddəs Müdafiə dövründə özü ilə bərabər dostlarının da təhlükəsizliyinin qorunması sahəsində dəyərli təcrübələr qazanmışdı. Militarist Qərb ölkələrinin nüvə arsenalları, post-modern hərbi təyyarə uçuş aparatları isə təchiz olunmuş  İraqın hücumu ilə başlanmış qeyri-bərabər müharibədə İran müqavimət göstərərək onların qarşısında tam iradəsini nümayiş etdirdi.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü həmçinin sözlərinə bunu da əlavə edib ki, İİR müharibədən sonra tam ciddi formada raket və pilotsuz uçuş aparatları istehsalı barədə plnlarını həyata keçirməyə başladı və inanılmaz uğurlar qazandığı isə göz qarşısındadır. Belə ki, bu günlər amerikalılar və hətta NATO komandirləri belə İran PUA-larının gücünü etiraf edir və bu ölkənin təhlükəsizliyinin qorunması məqsədi ilə istehsal etdiyi PUA-ların beynəlxalq arenada güc simvolu sayılan Amerikanı təşvişə saldığını iqrar edirlər.

 Məşhəd şəhərinin millət vəkili Kərimi Quddusi həmçinin qeyd edib: İranın ölkə təhlükəsizliyinin qorunması məqsədi ilə istehsal etdiyi PUA-lar 2 min kilometr  dərinlik gücünə malikdir. Əlbəttə ki, bu system Livan Hizbullahına verilərsə, təbiidir ki, islam düşmənlərininin təhdidləri müqabilində müsbət təsirlər göstərə bilər.

Kərimi Quddusi Venesuela ordusunun son paradında İran istehsalı PUA-ların manevrinə işarə edərək deyib: Beynəlxalq media vasitəsilə yayımlanmış bir neçə filmdə İslam Respublikası istehsalı olan dron və raketlərin gücü düşmənin nigarançılığına səbəb olub. Uçuş sistemlərinin qüdrəti İran düşmənləri üçün böyük məhdudiyyət, dostları üçünsə ümidverici müşdədir.

Quddusinin sözlərinə görə İran PUA-larının qüdrıti və istehsalının artırılması İslam ölkələrinin birliyinə müsbət təsirləri olacaq və təbiidir ki, bu amil region ölkələri stabil təhlükəsizliyi və sülhü təmin edəcək. İslam İnqilabı Rəhbəri isə bu zəmində buyurub ki, qanunsuz sionist rejim qarşısında müqavimət göstərən hər hansı bir ölkə ya qrup İranın PUA dəstəyindən faydalanmağa layiqdir və hətta dron istehsalı haqda lazımi informasiyalara belə sahib ola bilərlər.

NATO region ölkələri üçün böyük təhlükədir

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü NATO-nun region ölkələri üçün böyük bir təhlükə olduğunu vurğulayaraq deyib: Əslində İran və Rusiya NATO-nun ölkələrinin xarici siyasətinə qarşımasından narahatdır. Son 40 il ərzində İranın narahat olduğu məsələ İraq və Əfqanıstanda “sülhməramlılar”ın artmasından, Rusiya isə onların ölkə sərhədlərindəki fəaliyyəti olub.

İran qonşu  və msəlman ölkələrində sülh istəyir

C.Kərimi həmçinin Rusiya və Türkiyə prezidnetlərinin də iştirakı ilə keçirilən Astana görüşünə işarə edərək xatırladıb: Ötən həftə Astana görüşündən əvvəl Dəməşqdə Suriya prezidenti Bəşar Əsədlə bir iclasımız oldu. B.Əsəd Türkiyə hərbçilərinin Suriya torpaqlarına təcavüzündən çox nigarançılıqla deyirdi ki, bir Türkiyə tərəfin sərhədlərimizi pozma ehtimalını əldə əsas tutaraq həmişə hazır vəziyyətdəyik və bütün artilleriya qüvvələrimizə müdafiəyə hazır vəziyyətdə olmaları əmri vermişik. İnqilab Rəhbəri də prezident R.T.Ərdoğanla görüşündə iki müsəlman ölkə və xalqlar arasında müharibənin qarşısını almaq üçün Türkiyənin PKK qruplaşmasını bəhanə gətirməməsinə toxunaraq öz nüfuzundan istifadə edib bütün cəhdlərini göstərdilər. Məhz elə Böyük Rəhbərin bu cəhdləri müsəlman və qonşu ölkələrdə sülh və stabilliyin İran üçün əhəmiyyətinin göstəricisidir.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü sionist rejimin regionda müharibə sevdasına toxunaraq vurğulayıb: İslam düşmənləri fitnə-fəsad və müharibə yolu ilə müsəlmanların ordusunu zəiflətməyə çalışırlar. Düşmən nəfəsi kəsilməkdə olan sionnist rejimi həyata geri qaytarmaq üçün müsəlmanların təbii sərvətlərini məhv etmək, qanlı əlləri ilə xalqların canına qənim kəsiliblər. Bütün bu fəsadların əsas amili sionist rejimdir.

Millət vəkili həmçinin bəzi ölkələrin İran PUA-larını alma təklifini ölkənin müdafiə sənayesindəki uğurları hesab edərək deyib: Hal-hazırda Qərbin Ukraynaya 50 milyard dollarlıq silah dəstəyi, İngiltərə, Fransa və Almaniyanın bu sektorda hərtərəfli himayədarlığı kimi, PUA satışı da İranın başlıca siyasətini təşkil edir.

C.Kərimi deyib: Maraqlısı budu ki, İranın Rusiyaya PUA satma xəbərini eşidənlərin etiraz səsi yüksəlib; Əgər siz müharibə qığılcımını alovlandırmaq istəmirdinizsə, bəs onda nə üçün Ukraynanın müdafiəsi bəhanəsi ilə müharibənin davamına silahlı dəstək verirdiniz?

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İRNA xəbər agentliyi ilə müsahibə zamanı onu da vurğulayıb ki, bizim Rusiya ilə sərhədlərimiz geniş miqyası əhatə edir. Qərb ölkələrinə nisbətən Rusiya ilə köklü əlaqələrimiz dərindir. Bu gün regiondakı ticarət əlaqələrinin beynəlxalq arenadakı təsiri də danılmaz bir fakt olduğunu nəzərə alaraq onu deyə bilərik ki, Qərb dünyasının formal qüdrəti zəifləyərək süquta doğru irəliləməkdədir. Biz bu hadisənin gələcək illərdə baş verəcəyinə inanırıq. Bunun səbəbini isə belə izah etmək olar: Son yüz il ərzində baş vermiş bütün müharibələr, axıdılan qanlar, xarabalığa çevrilmiş şəhərlər sırf Qərb ölkələrinin silahı, nüfuzu və fitnələri ilə həyata keçib və bütün bunlar hələ də davam edir. Onlar bir gün qazıdıqları quyuya düşəcəklər.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İranın müdafiə gücünün möhkəmləndirilməsi və genişləndirilməsinin zərurətini vurğulayaraq deyib: İİR ədalətsiz sanksiyalar şəraitində öz gücünə PUA sahəsində uğur qazanıb, var qüvvəsi ilə sülh və əmin-amanlığın bərqərarı istiqamətində bu sistemdən istifadə edəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir