İranın prezidenti Seyid İbrahim Rəisi gələn ilin ilk ayında Rusiyaya rəsmi səfərə yollanacaq
İRNA-nın verdiyi xəbərə görə, bunu İranın Prezident Administrasiyasının sözçüsü Əli Bahadur Rüstəmi keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, İranın prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə gələn ilin əvvəlində Moskvaya rəsmi səfər gedəcək.
İran hökumətinin sözçüsü deyib:
“Bu səfər İranın region ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi siyasəti çərçivəsində, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilir.”