Dünya Polad Birliyi, bildirib: İran, bir pillə qalxaraq dünyada xam polad istehsalında 9-cu yerdə dayanıb.
İran, 2023-cü ilin Yanvar ayında 2 milyon 700 min ton xam polad istehsal edib. Bu da ötən ildəki istehsalla müqayisədə 27.7% artım deməkdir.
Dünya Polad Birliyinin verdiyi məlumata əsasən, İranın bu inkişafı, dünyanın polad istehsalı üzrə 63 ölkəsinin bu ilin Yanvarında ötən illə müqayisədə 3.3% azalma göstərən 145 milyon 300 min ton göstərici əldə etdikləri bir vaxta baş tutub.
Bu əsasla bu müddət ərzində sıra ilə Çin 79 milyon 500 min ton, Hindistan 10 milyon 900 min ton, Yaponiya 7 milyon 200 min ton, ABŞ 6 milyon 500 min ton və Rusiya 5 milyon 800 min ton polad istehsal etməklə dünyanın polad istehsalı üzrə ən üstün 5 ölkəsi olublar.
Həmçinin, bu müddət ərzində Cənubi Korea 5 mliyon 500 min ton, Almaniya 2 mliyon 900 min ton, Braziliya 2 milyon 800 min ton, İran 2 milyon 700 min ton və Türkiyə 2 milyon 600 min ton istehsalla 6-10-cu yerlərdə dayanıblar.