Elm Təməlli İqtisadiyyatın İnkişafı Mərkəzinin katibi ölkə elitası tərəfindən uşaqlıq xərçəngi, uşaq pnevmoniyası və ishalına qarşı peyvəndlərin hazırlanması haqda xəbər verib. Bazardakı xarici pnevmokokun hər bir dozası təxminən 600 min tüməndir (hal-hazırda təxminən 22 manat). Bu peyvəndin istehsal texnologiyası mürəkkəb və dünyanın 4 ölkəsində möcvud idi. İran İslam Respublikası bu texnologiyanı əldə edən 5-ci ölkədir.
Səhiyyə Elm Təməlli İqtisadiyyatın İnkişafı Mərkəzinin katibi Seyid Mustafa Qanei İyulun 17-si jurnalistlər və mediya nümayəndələrinin hüzurunda bu sahənin elitasının yeni proqramları və nailiyyətləri barəsində çıxış edib.
Elm təməllilərin köməyi ilə 3 mühüm peyvəndin istehsalı üçün planlaşdırma
Səhiyyə Elm Təməlli İqtisadiyyatın İnkişafı Mərkəzinin katibi elm təməlli özəl sektorun əməkdaşlığı ilə üç peyvəndin istehsalının hədəfdə olduğunu bildirərək deyib: Hal-hazırda uşaq pnevmoniyası peyvəndi son mərhələlərdən keçməkdədir. Bu peyvənddən hər il 1.5 milyon körpə üçün və hər körpə üçün 3 doza hazırlanmalıdır. Yerli istehsal baş tutduğu təqdirdə, xarici nümunəsinə nisbətdə valyuta çıxarışı və yüksək xərclər azaldılacaq. Digər peyvənd uşaq ishalı ilə bağlıdır ki, o da son mərhələrini keçirir.
O, vurğulayıb: Bazarda pnevmokok peyvəndinin hər bir dozası təxminən 600 min tüməndir (hal-hazırda təxminən 22 manat). Ümumilikdə 3-4 trilyon tümənlik (120 milyard dollardan çox) bir bazara sahibdir. Bu peyvəndin istehsal texnologiyası mürəkkəb və dünyanın 4 ölkəsində möcvud idi. İran İslam Respublikası bu texnologiyanı əldə edən 5-ci ölkədir.
Qanei sözlərinin davamında deyib: Üçüncü peyvənd 4 valentli uşaqlıq xərçəngi peyvəndidir. Bu peyvəndin daxili istehsalı xarici nümunəsinə nisbətən daha münasib qiymətə malikdir. Hal-hazırda bazarda idxal olunan 2 valentli uşaqlıq xərçəngi peyvəndi mövcuddur. Elm və Texnologiya müavinliyi elm təməllilərin köməyi ilə xarici nümunəsi ilə rəqabət apara biləcək 4 valentli peyvənd istehsal etməyi qərara alıb. Korona dövründə ölkənin ehtiyac duyduğu peyvəndin hazırlanmasında və təmin edilməsində təcrübəmiz vardı. Bu dövrdə isə peyvəndin hazırlanması üşün lazım olan struktur və texnologiyaya yiyələnmişik.
İran insulini gələn ilədək bazara çıxacaq
Qanei mərkəzin gündəmdə olan proqramlarından birinin insulin istehsalını dəstəkləmək olduğunu bildirərək deyib: Hal-hazırda insulin istehsal edən 3 şirkəti dəstəkləyirik və İnnovasiya Fondu ilə Elm və Texnologiya müavinliyi arasında onun maliyyə cəhətdən təmin olunması üçün müqavilə bağlanılıb. Hal-hazırda illik olaraq 150 milyon dollarlıq insulin idxal edirik. İnsulin xaricdən gətirilir və ölkə daxilində doldurulur. Ölkədə insulin azalan zaman, cəmiyyət üçün təhlükənin yarandığına şahid olduq. Gələn ilədək daxili istehsal olan insulin əldə etmək üçün planlarımız var.
Qanei dərman maddələri kimi tibbi avadanlıqlar sahəsinə də daxil olmağı ölkə üçün zəruri hesab etdiyini bildirərək deyib: Tibbi avadanlıqlar sahəsində CT scan aparatı, xətti sürətləndiricilər, MRT və ürək-damarla bağlı ləvazimatların istehsalı üçün elm təməlli İran şirkətlərini dəstəkləmək də gündəmdədir. Hal-hazırda yerli şirkətlərdən biri, CT scan aparatını istehsal edib və bu ildən satışa çıxarılacaq. Xətti sürətləndirici cihaz da məhdud sayda ölkədə istehsal edilib. Amma 200 ədəd cihaza ehtiyac var. Həmçinin digər iki şirkət ürək-damar avadanlıqları və cihazları sahəsində İran məhsullarının istehsalına başlayıb.
Süni intellektin diaqnostika sahəsinə daxil olması üçün atılan addım
Qanei sağlamlıq sahəsində süni intellektdən istifadə proqramını xərclərin azaldılması istiqamətindəki proqram olduğunu bildirərək deyib: Tibbi siğorta ilə iki müqavilə imzalanıb. Sinə və ağciyər xərçəngi üzərində iş görülməsi qərara alınıb. Qum şəhərindəki bir xeyriyyə şirkəti bu mövzu üzərində işləyir və bu layihənin sınaq şəklində icra olunması qərara alınıb. Prezident yanında Elm və Texnologiya müavinliyi də bu layihə üçün 4 milyard tümən (148 milyon manatdan çox) kredit ayırıb.
O, vurğulayıb: Səhiyyə Elm Təməlli İqtisadiyyatın İnkişafı Mərkəzinin hədəfi növbəti iki il ərzində bu iki xəstəlik üçün süni intellekt texnologiyasından istifadə etməkdir. Mammoqrafiya kimi diaqnostik proseslərdə süni intellekt texnologiyasından istifadə etmək tez və dəqiq diaqnoz üçün böyük rol oynaya bilər.