İran-Pakistan elektrik enerjisinin nəqli layihəsində dünya rekordu

Pakistan Energetika naziri Xurrəm Dəstgirxan, İran və Pakistan arasında elektrik enerjisi mübadiləsinə dair kommersiya müqaviləsinin bağlanmasına işarə edərək deyib: İran və Pakistan arasında elektrik enerjisinin ötürücü xətti lahiyəsinin 9 ay ərzində tamamlanması, böyük rekorddur. Bu layihənin belə bir sürətlə irəliləməsinin səbəbi, İran və Pakistan rəhbərlərinin etibarı, güvənidir.

Pakistan Energetika naziri, 200 meqavat həcmli İran-Pakistan elektrik enerjisinin nəqli layihəsinin iki ölkənin ən yüksək siyasi rəsmiləri tərəfindən davam etməsinin əhəmiyyətinə toxunaraq deyib: Elektrik enerjisi sahəsində müştərək müqavilələrin və razılaşmaların yalnız danışıqlarla bitməməsi, onun nəticələrinin Yer üzündə həyata keçməsi, İran və Pakistan prezidentləri üçün əhəmiyyətli idi.

O, əlavə olaraq deyib: Mən, İrandakı həmkarıma öz minnətdarlığımı bildirirəm ki, bu yolda etibarlı şərik idi. Həmçinin, deyirəm mühüm olan budur ki, İran və Pakistan arasında ötürücü xətti lahiyəsi və bağlanmış kommersiya müqaviləsi, birbaşa Pakistan xalqına kömək edir.

Dəstgirxan, İran və Pakistan arasında elektrik enerjisi mübadiləsinə dair kommersiya müqaviləsinin nailiyyətləri barəsində vurğulayıb: İran və Pakistan elektrik enerjisi şəbəkəsinin birləşdirilməsi, iki ölkə arasındakı həmkarlığı artıracaq və iki ölkə arasındakı həmkarlığın dərinləşməsi üçün yeni qapılar açacaq.

Pakistan rəsmisi, İran-Pakistan elektrik enerjisinin mübadiləsi xəttinin nailiyyəti barədə deyib: Allaha şükür edirəm ki, bizə, pakistan xalqının gündəlik enerjisini təmin etməklə nəticələnən işləri yerinə yetirməyə kömək edir.

O, sözlərinin davamında deyib: Möhtərəm həmkarım İran Energetika nazirinə xatırlatdım ki, hər gün axşamçağı, işığın Qvadardakı insanların evlərini işıqlandırması, İranla elektrik enerjisi sahəsindəki birgə  həmkarlığın nəticəsidir.

Dəstgirxan, elektrik enerjisi sahəsində İranla həmkarlığın davamlı olması üçün şövqünün olduğuna işarə edərək deyib: İran və Pakistan arasında elektrik enerjisinin ötürücü xəttinin tamamlanması, bizim, əlaqələrin inkişafı və enerji sahəsindəki digər layihələrin təkmilləşməsi üçün istəkli olduğumuzun göstəricisidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir