İran ordusu yeni PUA-ları nümayiş etdirdi

İranın Müdafiə Nazirliyi yerli imkanlar ilə inkişaf etdirdiyi iki Pilotsuz Uçan Aparatı nümayiş etdirib.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, müdafiə sənayesi sərgisinə İran İslam Respublikasının Müdafiə naziri, general-leytenant Rza Aştiyani və Silahlı Qüvvələrin bəzi rəsmiləri qatılıblar.
Daha sonra jurnalistlərə açıqlama verən Rza Aştiyani verdiyi açıqlamada qeyd edib ki, İran İslam Respublikasının PUA-lar ilə bağlı əldə etdiyi uğurlar ölkənin gücünü və müdafiəsini aşkar şəkildə göstərir.
“Son dərəcə yaxşı şəkildə inkişaf etdirilmiş və modernləşdirilmiş PUA-lar İran İslam Respublikasının Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin iradəsi ilə qətiyyətini ortaya qoyur”, – deyə Rza Aştiyani diqqətə çatdırıb.
Nazir PUA-ların Silalı Qüvvələrin İslam Respublikasının sərhədlərindən kənarda da terrorçuluğa qarşı mübarizə sahəsində də uğurlar qazanmaq üçün yaxşı vasitə olacağını sözlərinə əlavə edib.
“Uca Allaha güvənərək müdafiə sənayemizi gücləndirəcəyik. Çünki bu gün düşmənlərimizin əsas istəyi və məqsədi ölkəmizin müdafiə qabiliyyətinin zəif olmasıdır”, – deyə Rza Aştiyani bildirib.
Qeyd edək ki, İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin təşkilatçılığı ilə paytaxt Tehran şəhərində müdafiə sənayesinin ən son istehsalı olan hərbi texnikalar və o cümlədən iki ədəd modernləşdirilmiş Pilotsuz Uçan Aparat nümayiş olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir