İran OPEK-də neft hasilatına görə, dördüncü yerə qayıdıb

OPEK-in ən yeni hesabatı göstərir ki, İran İyun ayında 2 milyon 754 min barel neft hasil etməklə, bir il yeddi aydan sonra OPEK-də neft hasilatı üzrə dördüncü yeri Kuveytdən geri alıb.

Xarici KİV-in verdiyi məlumata görə, ikinci dərəcəli mənbələrə istinadən Xam Neft İxrac Edən Ölkələr Təşkilatının aylıq hesabatında İranın neft hasilatının ən yeni statistikası göstərir ki, İranın neft hasilatı İyun ayında gündəlik olaraq 2 milyon 754 min barelə çatıb ki, bu da əvvəlki aya nisbətən neft hasilatının gündəlik 56 min barel artması deməkdir.

İran May ayında gündəlik 2 milyon 698 min barel neft hasil etmişdi.

OPEK-in hesabatlarına əsasən, İran gündəlik olaraq Aprel ayında 2 milyon 625 min barel, Mart ayında 2 milyon 577 min barel, Fevral ayında 2 milyon 574 min barel və Yanvar ayında 2 milyon 554 min barel neft hasil edib.

İranın neft hasilatının həcmi Dekabr ayında gündəlik 2 milyon 579 min barel, Noyabrda gündəlik 2 milyon 579 min barel və Oktyabrda gündəlik 2 mliyon 561 min barel olub.

İran 2021-ci ilin Aprel ayında OPEK-in neft istehsalçıları arasında 4-cü yeri Kuveytdən aldı və 2021-ci ilin Oktyabr ayına kimi bu yeri qoruyub saxladı. Amma 2021-ci ilin Noyabr ayında növbəti dəfə Kuveytin neft hasilatı İrandan önə keçdi və 4-cü yerdə qərarlaşdı. İran isə 5-ci yerə düşdü.

İndi 1 il 7 aydan sonra İran yenidən OPEK-də neft hasilatına görə, dördüncü yerə qayıdıb və Kuveyt 5-ci yerə düşüb.

Hal-hazırda Ərəbistan gündəlik 9 milyon 998 min barel, İraq gündəlik 4 milyon 181 min barel, BƏƏ gündəlik 2 milyon 894 min barel neft hasilatı ilə OPEK-in neft istehsalçıları üzrə ən böyük ölkələri sayılırlar. Kuveyt isə gündəlik 2 milyon 551 min barel hasilatla OPEK-in 5-ci neft istehsalçısıdır.

İran ABŞ-ın 2018-ci ildən tətbiq etdiyi sanksiyalardan əvvəl OPEK-in neft hasilatı üzrə Ərəbistan və İraqdan sonra 3-cü ən böyük neft istehsalçısı olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir