İran plazma elminin atası deyib: Plazma emalı zavodunun açılışı ilə növbəti 2 ildə plazma istehsalında dünyanın 10 ölkəsindən biri olacağıq və şübhəsiz ki, ixracat zəmnində də böyük addımlar atacağıq.
Xarici KİV-in verdiyi məlumata görə, Nasir Riyahi cümə axşamı günü (6 İyul) əməkdaşlıq memorandomunun bağlanması mərasimində deyib: Hal-hazırda ölkənin qanköçürmə mərkəzləri və təşkilatında təxminən 650 min litr plazma istehsal olunur. Əgər növbəti bir neçə il ərzində 1 milyon litr istehsala yetişsək, bu məhsulu ixrac etmək mümkün olacaq.
O, deyib: Əgər yaxın iki ildə buna nail olsaq, İrana qarşı sanksiyalar tətbiq olunmasına baxmayaraq, digər ölkələr bu məhsulu bizdən almağa məcbur olacaqlar. Bu məhsul cəmiyyətlərin əsas ehtiyacı sayılır. Buna görə də İran üçün bu sahədə ixrac imkanları yaranıb. Bununla da 100 milyon dollara qənaət edəcəyik.
İran plazma elminin atası ilk İran plazma mərkəzinin 2002-ci ildə açıldığını bildirərək deyib: O zaman 4 qərb ölkəsindən başqa heç bir ölkədə plazma mərkəzi yox idi.
O, ölkədə ilk plazma mərkəzinin almaniyalı mütəxəssislərin köməyi ilə işə salındığını bəyan edərək sözlərinin davamında deyib: İranda ilk plazma mərkəzi işə salındıqdan sonra onu lokallaşdıra bildik və onun nəticəsi bu çərçivədə 7 mərkəzin yaradılması oldu.
O, əlavə olaraq deyib: Təəssüflər olsun ki, o vatkı hökumətlər müxtəlif səbəblərdən bu mövzunu dayandırdılar yaxud bu mərkəzlərin genişlənməsinə icazə vermədilər. Xoşbəxtlikdən 13-cü hökumət işə başladıqdan sonra növbəti dəfə bu mərkəzlərə lisenziyalar verildi.
Riyahinin sözlərinə görə, hal-hazırda ölkədə plazma sahəsində 13-ə yaxın fəal mərkəz mövcuddur. Təxminən 4 mərkəz də yaradılmaqdadır.
İranda əczaçılıq sahəsinin bu fəal üzvü Zəncan vilayətində yaradılacaq plazma mərkəzinin tutum və digər cəhətlərdən ölkənin ən böyük və ən kamil mərkəzi sayıldığını bildirərək deyib: Son statistikaya əsasən, dünya plazmasının 90%-i ABŞ tərəfindən toplanılıb, belə ki, bu ölkənin ÜDM-nin yarım faizi plazmadandır.
O, ölkədə immunoqlobinin istehsalının 100 milyon dollar valyuta istehlakının azalmasına səbə olduğunu bəyan edərək deyib: Bu üstünlüyün əldə edilməsiylə yanaşı, dərman da daha ucuz qiymətlə istehlakçıya çatacaq.
Bu memoranduma əsasən, Zəncan Azad Universitetində plazma mərkəzinə yer ayrılıb və onun bu sahədə tədqiqat və inkişaf mərkəzinə çevrilməsi nəzərdə tutulub.