İran nanotexnologiya sahəsində dünyanın ilk 5 ölkəsindən biridir

Tehran Universitetinin professoru deyib: Kimya, riyaziyyat və fizika sahələrində biz dünyada ilk onluqda qərarlaşmağa nail olduq.
Əli Əkbər Səburi bildirib: Bəşəri biliklər 3 bölmədən ibarətdir: İctimai elmlər, humanitar elmlər və incəsənət.
Scopus sitat məlumat bazasının hesabatlarına görə, İranın dünya üzrə elmi dərəcəsi bütün bəşəri elmlərin orta göstəricisi nəzərə alınmaqla 15-dir.
O deyib: “İctimai elmlər üzrə 29-cu, humanitar və incəsənət sahəsində isə 37-ci yerdəyik.”
Mütəxəssislər hesab edir ki, İranın elmi reytinqlərinin artmasına səbəb ali təhsil sahəsində tələbələrin inkişafı üçün zəmin yaradılmasıdır.
Tehran Universitetinin professor-müəllim heyəti açıqlayıb: “Nanotexnologiya sahəsində biz dünyanın ilk 5 ölkəsindən biriyik və kimya, riyaziyyat və fizika sahələrində bir rəqəmli reytinqimiz var.”
Digər ölkələrdə dərc olunan məqalələrin sayı İranın dünya ilə beynəlxalq əlaqələrini qiymətləndirmək üçün kriteriyalardan biridir.
Səburi vurğulayıb: “İran alimlərinin nailiyyətləri dünyanın ən yaxşı jurnallarında dərc olunub və bu say ölkənin dünya ilə beynəlxalq əlaqələrini göstərir. ABŞ İranın ilk tanınmış elmi tərəfdaşıdır.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir