İran nanotexnologiya sahəsində dünyada 4-cü yerdədir

Nano Mərkəzinə istinadən verilən məlumatda “2021-ci ildə İranda nanotexnologiyanın tətbiqinin genişləndirilməsi sənədinin icrası haqqında hesabat”-ın dərc olunduğu bildirilib. Bu hesabat, 5 fəsildə nanotexnologiyanın tətbiqinin genişləndirilməsi sənədinin proqramları ilə bağlı baş tutmuş tədbirlərin diqqətə çatdırılmasını və nanotexnologiyanın inkişafı üçün xüsusi mərkəzin funksiyasının izahını öhdəsinə götürüb.

Birinci fəsildə ölkənin nanotexnologiyanın inkişafına dair böyük məqsədlərin əldə olunması bəyan olununb. Bu əsasla da 2021-ci ildə İran tədqiqatçıları tərəfindən nanotexnologiya ilə əlaqədar 12199 məqalə WoS-da indeksləşib ki, bu ədəd, bu il dərc olunmuş bütün nano məqalələrinin 5.41%-nə bərabərdir. Nano məqalələrin dərc olunmasındakı bu pay, ötən ildə olduğu kimi bu dəfə də İranı dünyada 4-cü yerdə qərarlaşdırıb. Bundan əvvəl İran 2000-ci ildə və Nano Texnologiyalarının İnkişafı Mərkəzinin yaradılmasından əvvəl bu yeni meydana çıxmış texnologiya ilə hələ az sayda iranlı alim və tədqiqatçının tanış olduğu vaxt, 8 nano məqalə dərc etməklə dünyanın 58-ci, Orta Şərqin isə 6-cısı olmuşdur.

Tehran Universiteti nano məqalələri sahəsində rekordçudur

2021-ci ildə ölkə universitetləri arasında Tehran Universiteti həmin il İranda yazılmış nano məqalələri arasında 843 nano məqalə dərc etməklə birinci yerdə dayanıb. Ondan sonra ardıcıl olaraq Əmir Kəbir Sənaye Universiteti, Pedaqoji Universitet, Tehran Tibb Elmləri Universiteti, Elm və Sənaye Universiteti növbəti pillələrdə qərarlaşıblar. Azad İslam Universiteti məcmuəsi də İrannın nano məqalələrinin təxminən beşdə birini dərc edib. Təbii ki, bu statistika universitetin bütün bölmələrinə aiddir.

İran Elmi Rəhbərləri Federasiyasının məlumatına əsasən, dünyanın üstün elmi jurnallarında İranın nano məqaıələrinin sayı 2020-ci ildə 88 məqalədən 2021-ci ildə 93 məqaləyə qalxıb. Həmçinin, elmi jurnalların məlumat bazasına (JCR) əsasən, İranın Q1 junalında dərc olunan nano məqalələrinin sayı və payı, əvvəlki ilə nisbətən 2021-ci ildə artıb. Beləliklə də bu göstəricidə İran bir pillə irəliləyib. H-index göstəricisində isə 2021-ci ilə qədər 5 il ərzində (5 illik h-index) İranın dərc olunmuş məqalələri dünya üzrə 11-ci yerdə olub.

İran 2021-ci ilin sonuna kimi ABŞ və Avropa patent qeydiyatı ofislərində nanotexnologiyaları ilə bağlı 307 ixtira dərc edib. İranın 2021-ci ildə USPTO-da nano patentlərinin sayı 21 olmuşdur. Bundan əlavə həmin ildə bu ofisdə digər 34 nano ixtira qeydiyyat mərhələsində olub. Bu əsasla da 2021-ci ildə USPTO-da qeydə alınan patentlərin sayına görə İran, 24-cü yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, nanotexnologiyaları ilə bağlı bu ixtiralar, ABŞ və Avropa patent qeydiyat idarələrində İranın qeydə alınmış bütün patentlərinin 30%-nı təşkil edir.

Həmçinin, 2012-2018-ci illərdə İrannın nanotexnologiya bazarının illik orta inkişafı 96% olub; yəni, hər il  bazar satışının həcmi təxminən iki qat olub. Amma 2019-cu ildə (İranın nanotexnologiya bazarı ilə bağlı keçirilən sonuncu sorğu) bu inkişaf əvvəlki ilə nisbətən 160%-ə çatıb və 2019-cu ildəki inflasiyanı çıxmaqla bu inkişaf rəqəmi 123%-ə bərabər olub. 2019-cu ildə İranın nanotexnologiyalarının satış həcminin dollarla dəyəri 553 milyon dollar olub. 2019-cu ildə İranın bütün nanotexnologiya bazarının təxminən 7.3%-i (40.5 milyin dollar) bu məhsulların digər ölkələrə ixracına və 92.7%-i isə (106.988 milyard rial) daxili bazarda satışına aiddir.

Nanotexnologiya bazarı

Nanotexnologiya bazarı 3 hissədən ibarətdir: Nano avadanlıqları bazarı, nano məhsulları bazarı və nano xidmətləri bazarı. 2019-cu ildə nano bazarının ən yüksək həcmi (97.7%)  məhsullara aid olub. Avadanlıqlar bazarı 2019-cu ildə bütün nano bazarı ilə birlikdə elə bir həddə sıçrayışa şahid olub ki, ötən ilə nisbətən 140%-dən çox inkişaf edib. “Katodik qövs lay sistemi”, “sənaye elektrospinning cihazı” və “elektroaqulyasiya və nanoabsorbentə əsaslanan su təmizləmə sistemi” ardıcıl olaraq ən çox atılan 3 cihaz olub. Nano xidmətləri bazarı da həmin ildə ötən ilə nisbətən 74% inkişaf edib. “Nano sahəsində analiz və müəyyənləşdirmə xidmətləri (laboratoriyası şəbəkəsi)”, “buxarın fiziki çökməsi üsulu ilə dekorativ və sərt laminasiya xidmətləri” və “plazma nitrifikasiyası xidmətləri” ardıcıl olaraq 2019-cu ildə ən çox satılan nanotexnologiyaları xidmətləri olub.

2019-cu ildə məhsul, avadanlıq istehsalında və nanotexnologiyaları sahəsindəki xidmətlərdə ümümilikdə 282 şirkət fəaliyyət göstərib. Bu ildə İranın bütün nanotexnologiya bazarı həcminin təxminən 90%-i ilk 50 şirkətin ixtiyarında olub. Bu il fəal olan şirkətlərin ən çoxu nanoörtük, nanomaddələr və nanokompozitlər sahəsilə bağlı olub.

2019-cu ildə İranın nanotexnologiya məhsulları bazarının 42%-i tikinti sənayesində fəaliyyət göstərib ki, bunun 97%-i sanitariya kranları, piltə və refleks şüşə bazarına aid olub. Neft, qaz və neft-kimya sənayesinin 17.5%-lik payını, maşın bazarının təxminən 94%-ni nanokatalizatorlar təşkil edib. Ümumilikdə 2019-cu ildə min milyard rialdan çox bazar həcmi ilə ən çox satılan 5 nano məhsul ardıcıl olaraq bunlardır: Sanitariya kranları, nef və qaz katalizatorları, maşın katalizatorları, tikinti piltləri və optoelektron məhsullar.

Sanksiyaların başlamasından və nəticədə rialın dəyərinin düşməsindən iki il sonra ilk dəfə olaraq 2019-cu ildə nano ixracı, həm kəmiyyət və həm də bütün nano bazarı payı baxımından artdı. 2019-cu ildə ixracatın dollarla həcmi 80%-dən çox artdı və ixracat bazarının payı, ötən ilə nisbətən 2019-cu ildə bütün nano bazarından 1.3% yüksəldi. Bu ildə ən çox ixracat payı (53%), tikinti sahəsi ilə bağlı olub. 2019-cu ildə nano məhsulların 47 ölkəyə ixrac olunub. İranın nano ixracının ən çox məbləği sırayla 13 milyon dollar həcmində Türkiyəyə, 12.2 milyon dollar həcmində İraqa və 4.3 milyon dollar həcmində Livana olub.

Bu hesabatın ikinci fəslində nanotexnologiyanın makro, əməliyyat və icraedici proqramlarının perfonmanası təsvir edilib. Bu fəsildə baş tutmuş müxtəlif tədbirlər 8 böyük proqram çərçivəsində bəyan edilib. 8 proqram bunlardır:

Nanotexnologiyanın ümumi şəkildə öyrənilməsi və yayılması: Bu proqramda Nano Mərkəzinin mediya fəaliyyətlərinin kənarında şagird, tələbə yetişdirilməsi və nanotexnologiya sənayesinin yayılması ilə bağlı baş tutmuş tədbirlərin izahına yer ayrılıb.

Elmi keyfiyyətin yüksəldilməsi və nantexnologiyanın səmərəli insan kapitalının yetişdirilməsi: Bu proqramda insan kapitalının gücləndirilməsinin kənarında, bu sahədə nanotexnologiya tədqiqatlarının və sənaye tətbiqi tədqiqatlarının dəstəklənməsi yolu izlənilib.

Nano sənayesinin formalaşması üçün nanotexnologiyanın inkişafının idarəçiliyi

Bu böyük proqramda baş tutmuş ən mühüm tədbirlər bunlardır: “Nanomuch” proqramı çərçivəsində innovasiya layihələrinin inkişafı və kommersiyalaşmasına dəstək, transformativ texnologiyaların izlənməsi yolu ilə seçilmiş innovasiyaların inkişafı və bacarıqlı texnoloqların himayəsi,  “Pol” proqramı çərçivəsində yeni bizneslərin gücləndirilməsi, “Kariz” proqramının həyata keçirilməsi ilə sahibkarlıq ekosisteminin inkişafına dəstək, yarı-sənaye istehsalı sahəsinin yaradılması və həmçinin, nanotexnoloji əqli mülkiyyətin istehsalı, qorunması və istifadəsinə dəstək, nanotexnologiyalarının kommersiyalaşdırlması xidmətlərinin və infrastrukturunun inkişafı: Bu makro proqram, nanotexnologiya nəhsullarının qiymətləndirilməsi, monitorinqi və nəzarəti (nanomoqyas sertifkatının verilməsi), nanotexnologiya şirkətlərinə kommersiyalaşdırma xidmətlərinin göstərilməsi, nanotexnologiya şirkətlərinin bərqərar olunması üçün lazım olan fiziki infrastrukturun təmin olunması və inkişafı (İnkişaf Mərkəzində) və həmçinin, nanotexnologiya laboratoriyası şəbəkəsinin aparat və proqram təminatının yükləsdilməsi kimi yollarla izlənilir.

Nanotexnologiya əsasında, mövcud olan sənayelərin inkişafı və yeni sənayelərin yaradılamsı: Hesabatın bu hisssəsində nanotexnologiyanın 10 sənaye sahəsində müxtəlif şirkətlərə və sənayelərə daxil olması yolunda baş tutmuş tədbirlərdən danılışır; bu 10 sahə bunlardan ibarətdir: “Su, tullantı suları və ətraf mühit”, “enerji (neft, qaz və neft-kimya)”, “sağlamlıq, nəqliyyat (hava, dəniz və avtomobil)”, “tikinti”, “kompozit və polimer, boya və qətran”, “kənd təsərrüfatı, qida və qablaşdırma sənayesi”, “tekstil və nanoliflər”, “nanoörtük” və “nanomateriallar”.

Nanotexnologiyanın standart, keyfiyyət və təhlükəsizlik sisteminin tətbiqi: Nanotexnologiyanın milli və beynəlxalq standartlarının tərtib olunması, nano metrologiya sisteminin inkişafı və tətbiqi, kompleks lisenziyalaşdırma sisteminin tətbiqi, nanotexnologiya sahəsində nəzarət və qiymətləndirmə və həmçinin, nanotexnologiyanın standart və təhlükəsizliyinin təlimi və yayılması 6-cı makro proqram yönündə görülən ən əsas başlıqlardandır.

Nano məhsulları bazarının inkişafı və idarəçiliyi

Nano məhsulların daxili bazarının inkişafı üçün dəstəkləyici və asanlaşdırıcı vasitələrin yaradılıması və həmçinin, nanotexnologiya məhsullarının ixracatının dəstəklənməsi ilə yanaşı nano istehlak malları səbətinin inkişafı, Nano Mərkəzin 7-ci makro proqram yönündə gündəmdə qərar verdiyi tədbirlərdir.

Nanotexnologiya sahəsində beynəlxalq həmkarlığın yükləsdilməsi:  Bu proqram, regional və qlobal nanotexnologiya cəmiyyətlənin yaradılmasında iştirak etmək və onlarda aktiv mövcud olmaq, nanotexnologiya beynəlxalq ərsədə mövcudluğu üçün beynəlxalq həmkarlığın inkişafı infrastrukturunun yaradılması yolu ilə izlənilir.

Hesabatın 3-cü fəsli 2021- cil ildə nanotexnologiyanın inkişafı siyasətinə, proqramların və qrumların qiymətləndirilməsina uyğun baş tutmuş tədbirlər haqda danışıb. Bu fəsildə təqdim olunan hesabata əsasən, Nano Mərkəzi, nanotexnologiya tətbiqinin genişləndirilməsi sənədənin icrasına uyğun olaraq icra orqanlarının idarə edilməısi və qiymətləndirilməsini öhdəsinə götürüb. Həmçinin, Nano Mərkəzi, müxtəlif hesabatların tərtibi və dərci vasitəsilə nanotexnologiya tətbiqinin genişləndirilməsi sənədənin icrasının vəziyyətinin monitorinqi və sənədləşdirilməsi ilə məşğul olub. Bununla yanaşı nano izləmə şəbəkəsinin inkişafı və nanotexnologiya inkişafının göstəricilərinin monitorinqi və qitmətləndirilməsi, İran istehsalı olan nano məhsulları bazarının həcminə dair sorğu, informasiya texnologiyasının idarəçiliyi və nanotexnologiyanın inkişafı prosesi haqda bilikləri gümdəmdə saxlayıb. 2021-ci ildə nanotexnologiyanın inkişafı modelini izah etmək məqsədi ilə nanotexnologiyaların inkişafı təcrübələrinin sənədləşdirilməsi və nano məhsulların kommersiyalaşdırıması yönündə Nano Mərkəzin dəstəyi ilə çox sayda tədqiqat layihələri həyata keçirilib.

Hesabatın 4-cü fəslində, 13 nazirliyin və dövlət təçkilatının bu təşkilatların müəyyən olunmuş nanotexnologiya tətbiqinin genişləndirilməsi sənədindəki missiyaların dair addımlarına işarə olunub. Sonda 5-ci fəsildə İran nanotexnologiyasının inkişaf proqramının göstəricilərinin qiymətləndirilməsi və maliyyə yardımı hesabatına həsr olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir