İran İslam Respublikası nano texnologiyalar üzrə uğurlarını davam etdirir.
Bu barədə İran İslam Respublikasının Nanotexnologiya Təşəbbüs Şurası (INIC) məlumat yayıb.
Məlumatda vurğulanır ki, İran nano texnologiya məhsullarının ixracını genişləndirmək üçün bəzi tədbirlər görüb və bu, nanotexnologiya mallarının qlobal bazara çıxmasına yol açıb.
“Dünyanın 41 ölkəsi İranın nano məhsullarını idxal edir. İranın nano məhsullarının ən böyük miqdarı müvafiq olaraq İraq, Türkiyə və Əfqanıstana ixrac edilir və hər ölkə üçün satılan məhsulların dəyəri təxminən 5 milyon dollar dəyərindədir”, – deyə INIC yaydığı məlumatda diqqətə çatdırıb.
Xatıladaq ki, İran İslam Respublikası son illərdə nano texnologiyalar sahəsində yeni uğurlara imza atıb.
İran İslam Respublikası nano texnologiyalar sahəsində həm də Çin Xalq Respublikası ilə əməkdaşlıq edir.
Çin Xalq Respublikasının Suzhou şəhərində “İran və Çin ortaq nano mərkəzi” də fəaliyyət göstərir.
İran İslam Respublikasının “Nanotexnologiyaların inkişafı üzrə xüsusi bazar və sənaye işçi qrupu”nun müdiri Rza Əsədifərd də verdiyi açıqlamada qeyd edib ki, İranın 2025 və 2026-cı illərdə nano texnologiya məhsullarının ixrac rəqəmi 10 milyard dollara yüksələ bilər.