İran mühüm stomatoloji avadanlıqlardan birinin istehsalına görə dünyanın 4-cü ölkəsidir

Elm təməlli tədqiqatçıların nailiyyətlərindən biri stomatoloji klinikalarda istifadə edilən qabaqcıl avadanlıqlarından birinin istehsalıdır. Bu cihaz İran da daxil olmaqla, yalnız 4 ölkədə istehsal olunur.

Xarici KİV-in verdiyi məlumata görə, İran elm təməlli şirkətlərin birinin köməyi ilə dünyanın 4-cü ölkəsidir ki, stomatologiyada çox istifadə olunan və qabaqcıl avadanlıqlardan birini istehsal edir.

Stomatoloji bölmələrdə ən yeni qəlibləmə üsullardan biri lazer qəlibləmədir. Qədim qəlibləmə üsullarının bir növ münasib əvəzləyicisi olan bu üsulda xüsusi cihazlar ağızda olan bərk və yumşaq toxumaların şəklini çəkir və nəhayətdə, münasib qəlib lazer texnologiyasının köməyi ilə kəsilir.

İndi İranda elm təməlli şirkətlərdən birinin müxətəssisləri ölkənin stomatologiya sənayesində ehtiyac duyduğu avadanlıqların, o cümlədən diş qəliblərinin lazer kəsici cihazı və çənənin qəliblənməsi üçün bir məhsulun dizaynı və istehsalına nail olublar. Bu avadanlıqlar yalnız İtaliya, Almaniya və Çində istehsal olunurdu. İndi İran onları istehsal edən ölkələr arasında dünyanın 4-cü ölkəsi olub. Maraqlı məqam bundan ibarətdir ki, bu elm təməlli şirkətin mütəxəssisləri onu (xarici nümuəsi ilə müqayisədə) yarı qiymətə istehsal ediblər.

Qeyd etmək lazımdır ki, çənənin qəlibləməsi cihazı da diş həkimlərinə hava qabarcıqları və səhv olmadan xarici nümunəsinin xərclərinin üçdə birinə bərabər olan tamamilə düzgün bir qəlibləmə həyata keçirmələrinə kömək edir. Həmçinin su və gips qarşığından qabarcıqları çıxaran, xarici nümunəsinin xərclərinin beşdə birinə bərabər olan digər bir cihaz da diş düzəldən həkimlərin köməyinə gəlib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir