İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Kontr Admiral Əli Şəmxani Azərbaycan Respublikasına səfər edəcək.
Əli Şəmxaninin səfəri iyulun 15-də azərbaycanlı həmkarı Ramil Usubovun rəsmi dəvəti əsasında baş tutacaq.
Səfər zamanı Şəmxani Ramil Usubovla ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
İslam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Azərbaycan Respublikası prezidenti ilə də görüşəcək.