Dünyanın ən nüfuzlu elmi jurnallarından biri “science”: iranlı alimlərin istehsal etdikləri teleskop, heyrətamizdir.
Xarici KİV-in verdiyi məlumata görə, bir müddət əvvəl astronomlar Tehranda İran Milli Rəsədxanasının (İNO) dünya səviyyəli 3.4 metrlik optik teleskopu ilə ilk işığı qeydə aldığını bildiriblər.
İran Milli Rəsədxanasının lahiyə rəhbəri və Fundamental Elmlər Tədqiqat İnstitutunun astronomu Həbib Xosrovşahi deyib: Biz uzun müddət bu anı gözləyirdik.
Bu Rəsədxananın tikiliş lahiyəsi 20 il əvvəl başlamış və o zaman yalnız bir yuxu kimi görünürdü.
Kambric universitetinin astronomu və bu lahiyənin beynəlxalq məsləhət şurasının rəhbəri Geri Gilmor deyib: Əvvəllər heç kəs İranda bu həcmdə bir iş görməyib. Keçən il, bu lahiyənin keçmiş kadrlarından bəziləri, dizaynda dəyişikliklərin onun funksiyasını poza bilməsi barəsində öz narahatlıqlarını bildiriblər.
Məsləhət şurasının üzvü və məsləhətçi Optika mühəndisi Lorenzo Zaqo deyib: Bu şübhələr artıq aradan qalxıb. Rəsədxana öz günbəzini Sentyabrın 27-də səmanın kalibrlənməsi üçün açmış və növbəti gecə yerdən 319 000 000 işıq ili aralığındakı bir cüt qalaktika, ARP 282-dən şəkil çəkmişdir.
Şəklin ayırdetmə qabiliyyəti – 0,8 qövs saniyəsi və bir neçə gün əvvəl çəkilmiş ikinci şəkil, 0,65 qövs saniyəsi İranın mərkəzində 3600 metrlik Qargeş zirvəsində yerləşən rəsədxanada atmosfer şəraiti ilə müəyyən edilmiş həddə yaxındır.
Geri Gilmor qeydə alınmış şəkillər barədə deyib: Onlar, çox möhtəşəm və gözlənilən həddən yüksəkdirlər.
Bu lahiyəni 2016-cı ilə qədər irəli aparmış və keçən il teleskop barədə narahtlığını bildirən Şərif Texnologiya Universitetinin nəzəri astrofiziki Rza Mənsuri deyib: Gələn yay başlanması gözlənilən elmi icra, teleskopun dizayn və düzəldilməsinin keyfiyyətini göstərəcək. Mühəndislər hələ gərək proqram təlimatı inteqrasiyası, feal optikin dəqiq nizamlanması, ilk elmi cihazın və yüksək keyfiyyətli videokameranın quraşdırılması kimi işləri yerinə yetirsinlər.
Bu layihənin əsas elmi məqsədləri qalaktikaların formalaşmasının təkamülünü, ulduzların təkamülünü və ekzoplanet ovunu araşdırmaqdan ibarətdir.
İran Milli Rəsədxanası, Türkiyədə təkmilləşmə vəziyyətində olan 4 metrlik Madon teleskopu və Hindistandakı 3.4 metrlik işıq teleskopu qlobal şəbəkədəki cofrafi boşluğu dolduracaqlar ki, bu da öz növbəsində Qamma şüalarının partlaması kim keçici hadisələrə kömək edəcək.
Gilmor deyib: Sizin bu məsələni izləməniz üçün, dünya ətrafındakı teleskoplar zəncirinə ehtiyacınız var.
İranda astronomlar Milli Rəsədxananın tikinti lahiyəsində elə maneələri dəf ediblər ki, digər ölkələrdəki alimlərin və astronomların az bir hissəsi o maneələrlə üzləşirlər: qabaqcıl texnologiyanın daxil olunmasını məhdudlaşdıran sanksiyala və həmçinin, alimlərin xaricə səfər etmələrinin qarşısını alan viza məhdudiyyətləri.
İranlı mühəndislər teleskopun şüşədən olan güzgüsünü, bir Almaniya şirkətindən alıblar. Daha sonra hər şeyin necə hazırlanmasını öyrənməyə məcbur olublar.
Zaqo deyib: Məni heyrətə gətirən budur ki, onlar, tikinti və quruculuq biliklərini tez bir zamanda ələ gətiriblər.
Gilmor deyib: Onlar lahiyənin hər bir mərhələsində, lahiyənin ambisiyalarını və mürəkkəbliyi artırıblar. Məsələn, aktiv idarəetmə sistemləri adlanan sensorlar, aktuatorlar və əsas güzgünü yerləşdirən proqram təminatı ilk dəfə təxminən on il əvvəl daha böyük teleskoplar üçün əlçatan olduğu halda, İran mühəndisləri onları dizayna daxil ediblər.
Zaqo deyib: Bir İran şirkətinin və mühəndislərinin hazırladıqları dəqiq vakuum kamerası, həqiqətən, heyrətləndiricidir. Onlar bunu hazırlamaqla boş hissələri alüminiumla örtüb, cilalanmış şüşəni teleskopun güzgüsünə çeviriblər.
Gilmor deyib: Britaniya 2000-ci illərdə astronomiya üçün özünün görünən və infraqırmızı teleskopu üçün alüminiumlaşdırma sistemi yaratmaq qərarına gəlmiş və bu iş, çox vaxt apamışdır.
Xosrovşahi, rəsədxanada beynəlxalq qruplarla həmkarlığa ümidvardır. O, deyib: Biz tərəfdən qapılar açıqdır. Hərçənd, sanksiyalar və siyasət bəzi potensial həmkarlığın qarşısını ala bilər.
O, həmçinin deyib: Bu arada, İranda astronomiya cəmiyyəti inkişaf halındadır. Yüzlərlə alim və tələbə ulduzları ciddi şəkildə müşahidə etməyə can atırlar.
Təməl Bilik Araşdırma İnstitutundan Məryəm Türki deyib: Biz ümidsizlik, qaranlıq və həmçinin, bizi ruhdan sala biləcək sözlərlə döyüşdük, amma, sonda bu möhtəşəm doğuşa şahid olduq.