İran, milli kommersiya təyyarəsi istehsal etmək niyyətindədir

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin hökmüylə Hüseyn Şükri, 10 illik proqram olan “Kommersiya Təyyarəsinin İstehsalı üzrə Milli Proqramın direktoru” vəzifəsinə təyin edilib.

Dehqanin Şükriyə ünvanladığı hökmdə deyilir: Ləyaqət, təcrübə və Elm Təməlli İqtisadiyyatın İnkişafı Müavinliyinin təklifini nəzərə almaqla, bu hökmlə sizi Kommersiya Təyyarəsinin İstehsalı üzrə Milli Proqramın direktoru vəzifəsinə təyin edirəm. Bu müavinliyin yüksək hədəflərinə, ölkənin vəziyyətinin yaxşılaşdırılmasında proqramlaşdırmanın və dəyişikliyin zəruriliyinə görə, sizin üçün Elm Təməlli İqtisadiyyatın İnkişafı Müavinliyi ilə qarşılıqlı əməkdaşlıqda xüsusi missiyalar müəyyən edilir.

Şərif Sənaye Universitetindən astronomiya (aerodinamika) ixtisasında magistr dərəcəsi almış Hüseyn Şükrinin keçmiş təcrübələrindən “Prezident yanında Tranformasiya və İnkişaf əməkdaşlıqları Mərkəzinin Aviasiya qrupunun rəhbərliyi”, “Nəqliyyat və Metropoliten İnkişafı Nazirinin Nəqliyyat Müavinliyinin müşaviri”, “Prezident yanında Tranformasiya və İnkişaf əməkdaşlıqları Mərkəzinin Aviasiya qrupunun eksperti” və “İran Khodro Şirkətinin Tədqiqat Mərkəzinin eksperti” vəzifələrinə işarə etmək olar.

Milli kommersiya təyyarəsinin istehsalı, 10 illik bir proramdır.

2022- ci ilin Sentyabr ayının əvvəllərində, ölkənin Aviasiya Təşkilatının rəhbəri aviasiya sənayesi üçün 10 illik proqram sənədinin tərtib edilməsini bildirərək deyib: Sanksiya ilə mübarizə aparmaq üçün təyyarə istehsal etməkdən başqa bir yol yoxdur. Bu məqsədlə də 10 illik proqram tərtib olunub, problemlərin araşdırılması və addım atılması üçün relslərin çəkilməsi yerinə yetirilməkdədir.

Muhəmməd Muhəmmədibəxş, bu sahədəki bütün mütəxəssislərin və aparıcı qüvvələrin iştirak etməsinə olan ehtiyaca işarə edərək deyib: Aviasiya Ali Şurasının qərarına əsasən, elm təməlli şirkətlərin və startapların ölkənin aviasiya bölümünə daxil olmasıyla bağlı bir məhdudiyyət yoxdur.

Bundan əvvəl, sanksiya problemini ardan qaldırmaq üçün İranın əməli olaraq atdığı addım, ikinci əl təyyarələrin alınması idi. Bu addımlar onu göstərirdi ki, İran yerli təyyarə istehsal etmək niyyətindədir. Digər tərəfdən, başqa ölkələrin təyyarələrinin təmir olunması da İranda həyata keçirilən tədbirlərdən biri idi. Sonda 2022- ci ilin Sentyabr ayında, bu mövzu üçün rolların müəyyən olunması və qanunvericilik üzrə Sinerji İşçi Qrupu yaradıldı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir