Tibbi avadanlıqlar sahəsində fəaliyyət göstərən şirkətlərdən biri döş xərçəngi ilə bağlı yaraları mənfi təzyiqdən istifadə etməklə qısa müddət ərzində bərpa edən elm təməlli məhsul istehsal edib.
Tibbi avadanlıqlar sahəsində fəaliyyət göstərən şirkətin baş direktoru bu məhsulun istehsalı üçün ehtiyacın hiss olunması ilə bağlı deyib: Ölkədə mövcud olan və belə bir funksiyaya malik məhsul xəstəxanalardakı böyük cihazdır. Hansı ki, onun istifadəsi məhduddur və təkcə xəstəxanaya yerləşdirilən insanlar ondan istifadə edə bilərlər.
O, əlavə edib: Bizim istehsal etdiyimiz məhsul cibə qoyula bilən və daşınma qabiliyyətinə malikdir. İlkin nəticələrdə nəzərdə tutulan yara bir həftə ərzində sağalır. Bundan əlavə, bizim məhsulumuz texnologiyanın lokallaşdırılması və texniki biliyin köçürülməsi məqsədi ilə hazırlanıb ki, həm ölkənin istehlak ehtiyacını ödəsin, həm də valyuta çıxışının qarşını alsın.
Bu aktiv texnoloq bu məhsul barəsində deyib: Ötən il Royano layihəsində qalib olan layihəmiz döş xərçənginin yaraları üçün mənfi təzyiq cihazının istehsalıdır. Bu məhsul haqqında ilkin nəticələr və sınaqlar aparılıb və bazara çıxmaq bir neç ay çəkər. bu elm təməlli məhsul birdəfəlik və daşınma qabiliyyətlidir.
O, bu məhsulun istifadəsini izah edərək deyib: Döş xərçənginə tutulan və mastektomiya (döş çıxarılması) əməliyyatı keçirib, çox sahəsi kəsilən xəstələrdə, həmin nahiyədə limfa fəaliyyətdə olduğundan, yara axıntısı çox olduğundan və xəstə kimyaterapiya yaxud radioterapiya keçirdiyindən onlarda bədənin bərpa etmə funksiyası tam olmur. Belə bir şəraitdə yaranın sağalması çox uzun çəkir.
O, əlavə edərək deyib: (Bunun üçün) dünyada çox cüzi mənfi təzyiq yaradırlar və yara axıntılarını da xüsusi sarğı ilə həll edirlər. Biz bu məsələdən idea əldə etdik və bunun üçün uyğun məhsul hazırlayıb, onu lokallaşdırdıq.
O, mənfi təzyiqlə yaranın necə sağalmasının izahı ilə əlaqədar olaraq deyib: Mənfi təzyiq havanın təzyiqindən bir az aşağıdır. Bu cihaz yaranın arxasında məsələn atmosferin yüzdə beşi qədər mənfi təzyiq yaradır. Bu təzyiq xəstənin əziyyət çəkməyəcəyi həddədir. Bu təzyiq bədəndəki kök hüceyrələrin yaxud yara bərpası mexanizminin aktivləşməsinə, yara bərpası ilə bağlı olan bütün molekulların ətrafına çəkilməsinə və yara bərpasının sürətinin daha da artmasına səbəb olur.
Bu şirkətin baş direktoru bu məhsulun yerli oxşar nümunəsinin olması il bağlı verilən sualın cavabında deyib: Bu yaraların bərpası üçün xəstəxanalarda böyük cihazlar var və onların istifadəsi məhduddur. Çünki, o, daşınma qabiliyyətinə malik deyil və yalnız xəstəxanaya yerləşdirilən xəstələr üçündür. Bu cihaz adətən 10-15 gün müddətində istifadə olunur.
O, həmçinin bildirib: Bu elm təməlli məhsul cibə qoyula bilən və daşınma qabiliyyətinə malikdir. İlkin nəticələrdə bir həftə ərzində yara sağalır. Ona planlaşdırılmış müddət verə bilərik ki, məsələn 15 gün yaxud 1 həftə işləsin. Bu müddətdən sonra cihazın özü mənfi təzyiqi xəstənin üzərindən götürür.