İran karvanı İslamiadada üçüncü yeri tutdu

İran idmançıları ümumilikdə 133 medal qazanmaqla Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının medal cədvəlində üçüncü yeri tutub.

İRİB-nin məlumatına əsasən, İran İslam Respublikasının idman karvanı 39 qızıl, qırx dörd gümüş və əlli bürünc medal əldə etməklə İslamiadanın üçüncüsü kimi öz işini başa vurub.

Avqustun doqquzundan on səkkizinədək keçirilən beşinci İslam Həmrəyliyi Oyunlarında əlli iki ölkədən 4200 kişi və qadın idmançı iyirmi idman növündə öz gücünü sınayıb.

Bu oyunlara on altı əsas və üç para idman növündə 257 idmançı göndərən İran/ Türkiyə, Azərbaycan Respublikası və Özbəkistandan sonra, göndərilmiş idmançıların sayı baxımından, bu oyunların dördüncü idman karvanı olubdur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir