Elm təməlli şirkətlər ölkənin səhiyyə, tibb və müalicə sektorunun proqram ehtiyacını aradan qaldırmağa müvəffəq olublar.
Elm təməlli Azma İnformasiya Strukturları Şirkətinin rəhbəri Ümid Talebi, ölkənin səhiyyə sektorunun ehtiyacını təmin etmək üçün proqram məhsulu hazırlanmasına işarə edərək deyib: Sanksiyalar və Almaniya şirkəti tərəfindən xidmətlərin kəsilməsini nəzərə almaqla, bu şirkət ölkənin laboratoriyalarının köməyinə çatıb. Bu barədə tədqiqat qrupu yaratmaqla, bu proqramın İran istehsalı nümunəsini çox ucuz qiymətə və dəstək xidmətlərinə sahib formada təqdim etməyə müvəffəq olub.
Bu elm təməlli şirkət ölkə boyunca universitetlər, xəstəxanalar və müalicə mərkəzləri üçün müxtəlif proqram məhsulları hazırlayıb. Bu şirkətin proqramlarından biri, Qida və Dərman Təşkilatı üçün hazırlanan 40 prosesdən ibarət proqramdır. Bu proqram, Məşhədin, Şimali Xorasanın, Nişapurun Qida və Dərman müavinliyində və digər bir neçə mərkəzdə istifadə olunur. Qida və dərman Təşkilatı bu proqram vasitəsilə qanunu tətbiq edə və alt kateqoriyalara nəzarət edə bilər.
Üzərində 2 ilə yaxın tədqiqat işləri aparılan şirkətin digər bir məhsulu, Məşhədin Tibb Elmləri Universitetində istifadə edilib.
Bundan əvvəl müailcə mərkəzlərinə yaxud xüsusi poliklinikalara nəzarət, yeganə arxivləşdirmə yolu olan qədimi üsulla və formaların doldurulması ilə baş tuturdu. Bu proqram, online monitorinq, məlumatın alınması, müalicənin müasir və real vaxt rejimində idarə edilməsi imkanlarına sahibdir.
Bu aktiv texnoloq, səhiyyə və müalicə sektorunun ehtiyaclarının yalnız dərman və avadanlıqlarla məhdudlaşmadığını bildirərək deyib: Hər bir ölkə səhiyyə sektorunda daha yaxşı müalicə xidmətləri göstərmək üçün gərək böyük infrastrukura və proqram təminatlı ekosistemə sahib olsun.