İran istehsalı olan nano pəncərələrindən istifadə ilə enerjiyə qənaət

Bu günlərdə enerji istehlakının azaldılması dünyada əsas mövzuya çevrilib və enerji istehlakının azaldılmasına kömək edən metodlar diqqət mərkəzidədir. Bu metodlardan biri, UPVC materialından olan ikiqat şüşəli pəncərələrdən istifadə etməkdir.

Qısa şəkildə PVC yazılıan polivinil xlorid, istehsal qiymətini nəzərə almaqla polietilen və polipropilendən sonra üçüncü sintetik plastik polimerdir. Geniş yayılmış PVC, tikinti sənayesində istifadə olunan yüngül və möhkəm bir plastikdir. Ona yumşaldıcılar qatmaqla onun quruluşu yumşaq və elastik olur. Əgər ona heç bir yunşaldıcı əlavə olunmasa, o maddə UPVC adı ilə tanınacaq.

“Şahin Saze Fərc” şirkəti, prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə nano zərrəcikləri ilə gücləndirilmiş UPVC qapı-pəncərə profilləri istehsal edərək bazar çıxarıb. Bu qapı-pəncərələr dözümlüdür və onlardan istifadə etmək enerji istehlakının azaldılmasına çox kömək edə bilər. Nano zərrəciklərinin əlavə olunması, bu məhsulun zərbəyə dözümlülüyünü artırıb. Bu profillərdən sənaye məhsullarının və müxtəlif növ ev əşyalarının istehsalında istifadə olunur.

UPVC, stamatologiya sahəsində, boru istehsalında, kabel tətbiqlərində izolyasiya kimi və bir çox başqa işlərdə istifadə olunur. Tikinti sənayesində adətən ondan ikiqat şüşəli pəncərələrin bazası və çərçivələrinin istehsalında istifadə olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir