İran istehsalı olan metal 3D printeri ilə mürəkkəb sənaye hissələrinin istehsalı

Elm təməlli “Noura Lai Nagar Industries” şirkəti bir neçə xarici ölkənin ixtiyarında olan SLM texnologiyası əsasında metal 3D printerləri hazırlamaqla 3D fayllarının ən mürəkkəb parçalarını yüksək dəqiqliklə birbaşa istehsal etmə imkanı yaradıb. Bu da öz növbəsində ölkədə elektrik stansiyası, avtomobil və aerokosmika kimi sənaye sahələrində lazım olan hissələrin istehsalı sahəsində böyük dəyişiklik icad edib.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Rabitə və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata əsasən,Noura Lai Nagar Industries şirkəti ölkədə (SLM) metal 3D printerinin ilk istehsalçısıdır. Hansı ki, onun istehsalı indiyə qədər yalnız 4 ölkənin Amerika, İngiltərə, Almaniya və Fransanın ixtiyarında idi və sanksiyalar səbəbindən bu avadanlıqların İrana idxalı mümkün deyildi.

Noura Lai Nagar Industries şirkətinin baş direktoru “Əhməd Foruzmehr” bu printerlərin iş prinsipi haqqında deyib: Ərinti tozundan xammal kimi və lazerdən istehsal aləti kimi isteifadə edən SLM texnologiyası hər növ mürəkkəb parçaların onların 3D fayllarından birbaşa istehsalına imkan yaradır. Bu üsulda hər növ mürəkkəbliyə malik olan son məmulat xüsusi ikinci dərəcəli əməliyyata ehtiyac olmadan birbaşa onun 3D faylından hazırlanır. Bu prosesdə metal tozların əridilməsi və onların qarışdırılması üçün yüksək gücə sahib olan lazer istifadə olunur. Bir təbəqə əmələ gəldiyi zaman yeni toz təbəqəsi tikinti səviyyəsi üzərinə yayılır. Qatların qalınlığı ən azı 20 ilə 100 mikron arasında dəyişir.

O, deyib: Prosesdə istifadə edilən digər maddələr alət polad, paslanmayan polad, kobalt xrom və titandır. Titan yaxud alüminium kimi reaktiv maddələr istifadə edildiyi zaman möhürlənmiş kamerada öksigenin miqdarı minimuma endirilməlidir ki, maddənin oksidləşməsinin və sonrakı qüsurların qarşısı alınsın. Oksigeni azaltmaq üçün kameranın yüksək təmizlikli arqon qazı ilə doldurulması kifayətdir.

Şirkətin baş direktoru, həmçinin bildirib: Bu cihaz elektrik stansiyası, avtomobil və aerokosmika sənayelərinin ehtiyac duyduğu hissələrin istehsalı, sənaye, tibbi və stomatoloji qəliblərin hazırlanması üçün istifadə olunur. Bu cihaz maşınqayırma və metallurgiya elmləri sahəsindəki tədqiqatlarda da bir çox imkanlara malikdir.

O, sözlərinin davamında deyib: Biz Noura Lai Nagar Industries şirkəti olaraq bu qabaqcıl texnologiyanı İranın bütün yerlərinə təqdim etməyi öhdəmizə götürmüşük. Bununla da ölkə sənayesinin inkişafında və müxtəlif sənayelərin müxtəlif ehtiyaclarının aradan qalxmasında öz payımıza düşəni yerinə yetirmiş olarıq. Bu məqsədlə də ölkədəki universitetlər, hətta uzaq ərazilərdə olan universitetlər də fayl və e-poçt göndərməklə bizim xidmətlərdən istifadə edə bilərlər. Həmçinin “İran istehsalı” sərgisində aktiv şəkildə iştirak etməklə, bu texnologiyanı daha geniş auditoriyaya tanıtdırmaq üçün fürsət yaratmışıq.

Foruzmehr əlavə olaraq deyib: Bundan əlavə, Prezident yanında Elm və Texnologiya müavinliyinin bu sərgidə iştirak etmək üçün müvafiq subsidiyaları nəzərə alsaq, aztəminatlı bölgələrdəki universitetlər də bu texnologiya ilə tanış olmaq və bizim xidmətlərdən yararlanmaq üçün bu fürsətdən istifadə edə bilərlər.

O, bu avadanlıqların beynəlxalq bazarlara uğurlu ixracına toxunaraq bildirib: Bizim bu məhsulların inkişafı və tərəqqisi üçün davamlı səylərimiz 2022-ci ildə İran Sənaye Dizayn Mükafatı əldə etməyimizlə nəticələndi. Bu da bizim şirkət üçün digər bir iftixar sayılır.

Sonda Noura Lai Nagar Industries şirkətinin baş direktoru bu şirkətdə 40 nəfərin birbaşa və bir neçə yüz nəfərin dolayısı yolla işlə təmin olunduğunu bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir