İran istehsalı olan losyonla artritin müalicəsi

Əczaçılıq sektorunda fəaliyyət göstərən elm təməlli şirkətlərdən biri iranlı mütəxəssislərin gücündən istifadə edərək bilək sindromu, artrit və oynaq ağrılarının (karpal tunel) müalicəsi üçün losyon istehsal edib.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli Ana Farmed Şirkətinin baş direktoru Məsud Rəhəfruz bu nailiyyət barəsində deyib: Bu elmə əsaslanan məhsul müxtəlif növ artrit ağrılarının və boyun, diz, onurğa sütunu nahiyələrindəki oynaq ağrılarının, biləkkarpal tunel sindromunun və həmçinin bədənin müxtəlif yerlərində siyatik sinir və əzələ-oynaq tutulmaları nəticəsində meydana gələn oynaqlardakı və vətərlərdəki ağrıların müalicəsində istifadə olunur.

O, əlavə olaraq deyib: DORİFA losyonu mikromolukulyar şəkildə sürətlə əzələ tərəfindən sovrulur və əzələyə qan tədarükünü artırır. Bu məhsul əzələlərin rahatlamasına səbəb olur. Bu da əzələ ətrafı nahiyələrə olan təzyiqin aşağı düşməsinə və həmin nahiyələrdə spazmların və ağrıların azalmasına gətirib çıxarır.

Bu elm təməlli şirkətin baş direktoru DORİFA losyonunun yerli və xarici nümunəsinin olmadığını bildirərək sözlərinin davamında deyib: Bilək sindromu çox zaman əməliyyat edilir. Ağır əməliyyat xərclərindən əlavə, bu, adətən bir il sonra qayıdır. Amma DORİFA losyonundan istifadə etməklə (istifadə müddəti 2 aydır) bu vəziyyət müalicə olunur.

Rəhəfruz əlavə edib: Siyatik xəstəlikdə siyatik sinir sistemi üzərinə olan təzyiqin və bu sinirdə piramidal əzələ spazmının azalması, bu sinirdəki təzyiqin aşağı düşməsinə səbəb olur. Boyun və çiyin nahiyələrində də həmin mexanizm işləyir. O, həmçinin karpal tunel sindromunda median sinir hərəkətinin sərbəstliyinə səbəb olur.

O, xatırladıb: DORİFA losyonu biliyə əsaslanan ilk İran məhsulu kimi tezliklə Amazon saytında mövcud olacaq. Bu məhsul bugünə qədər Kürdüstan bölgəsi, İraq, Əfqanıstan, Gürcüstan, Almaniya, Keniya, İsveç və s. kimi ölkələrə ixrac edilib.

Bu texnoloq, həmçinin deyib: Bu müalicəvi losyon tamamilə bitki mənşəlidir və boyun, diz, onurğa sütunu, ayaq artritini, siyatik mənşəli oyaq ağrılarını, bilək sindromunu, barmaqları və spazmları müalicə edir.

Rəhəfruz, həmçinin bildirib: Bilik əsaslı bu losyonda daha çox təsir qoyması üçün kastor yağı və küncüd yağı bir-biri ilə qarışdırılıb. Bu iki yağın yaxud bitki şirəsinin tərkibində ağrının kəsilməsində təsirli rolu olan təbii yağ turşuları var. Bunlarla yanaşı, DORİFA losyonunda kollagen və elastin istehsal edən fermentlər də var ki, bunlar da qığırdaqların güclənməsinə və oynaqların yumşalmasına səbəb olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir