İran istehsalı olan korona virus dərmanı düya miqyasında qeydə alınıb

Xarici KİV-in verdiyi məlumata əsasən, “MİM dərman” şirkətinin tədqiqatçıları tərəfindən göstərilən səylər nəticəsində 2021-ci ilin May ayında istehsal və təqdim olunmuş Korona virusunun mənfi təsirlərini azaldan Saliravira adlı dərman, dünya ixtiraları arasında qeydə alınması ilə bağlı sertifkat əldə edib.

Elm təməlli MİM dərman şirkətinin baş direktoru Saliravira dərmanının dünya ixtirası kimi qeydə alınması sertifkatının əldə olunma prosesi barədə deyib: Ötən il Saliravira dərmanının daxili qeydiyyatı baş tutmuş və onun ölkə daxili istifadəsi üçün lisenziya alınmışdır. Bu iş üçün para klinik və klinik sınaqlar yerinə yetirilmişdir. Bundan əvvəl etik kodeksi və klinik sınaq lisenziyası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İrandakı şöbəsi olan İran Tibb Elmləri Universitetindən alınmışdır.

Dünya səviyyəsində istehsal üçün böyük addım

Rza Ramazani deyib: Dünya səviyyəsində ixtiranın qeydə alınmasından ötrü bizim hüquqlarımızı müdafiə etməsi üçün Avropada etibarlı bir şirkətlə müqavilə bağladıq. Çünki, ixtiranın qeydə alınmasının texniki hissəsi çox çətin və ixtisas tələb edən bir işdir. Bu işi yerinə yetirmək üçün təcrübəli bir şirkətə ehtiyacımız var idi.

O, əlavə olaraq deyib: İranın dərman sahəsində qlobal patent zəminində çox təcrübəsi yoxdur. Buna görə də çox geniş bir sistematik iş görüldü. Əczaçılıq ixtirasının universal sistemini yaratmaq üçün təxminən 50 əczaçılıq ixtirası qeydiyyatını oxuduq və ondan sonra bütün sənədlərimizi orada cəmləyib xarici hüquq şirkətinə təhvil verdik.

 Ramazani deyib: Beləliklə, Saliravira ixtirasının qeydə alınması üçün öz texniki təkmilləşdirməmizi yerinə yetirə bildik və sonda bizim ixtiramız qeydə alındı.

Elm təməlli MİM dərman şirkətinin baş direktoru bu qeydə alınmanın əhəmiyyəti barədə deyib: Belə bir dərman istehsal olunan zaman, dünya səviyyəsindəki böyük istehsal qrupları ilə həmkarlıq üçün gərək əvvəl istehsal olunmuş dərman ixtira qeydiyyatından keçmiş olsun. Bu işin çoxlu xərcə və zamana ehtiyacı var.

Bizim bütün bu səylərdən hədəfimiz, dünya səviyyəsində dərman istehsalı və paylanması üzrə böyük şirkətlərlə həmkarlıq idi. Bu mövzuda ixtira qeydə alındıqdan sonra nüfuzlu bir dərman paylama şirkəti ilə müqavilə bağladıq. Onlar da bildirdilər ki, əgər bizim məhsul Avropada istehsal olunsa, onun paylanması məsuliyyətini öhdələrinə götürəcəklər. Xoşbəxtlikdən bu məsələ son mərhələdədir.

Qeyd edək ki, ötən il İranda korona virusun böyük dalğalarından biri ilə eyni vaxtda İranın ən üstün universitetlərinin elmi heyətlərinin 40-dan çox tədqiqatçısının elmi səyləri nəticəsində Saliravira, korona virusun qaşısının alınması və müalicəsi üçün nəzərdə tutulan tam şəkildə İrana məxsus olan ilk dərman olaraq elm təməlli Pərdis Texnologiya Parkı üzvlərindən olan MİM dərman şirkətində istehsal olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir