Şaxta və dolu kimi təbii hadisələr əkinçiləri böyük ziyanlarla üz-üzə qoyurlar. Bu ziyanların texnologiya vasitəsi ilə yüksək miqdarda azaldılması mümkündür.
Şaxta və dolu yağışı yaz və payız fəsillərində təsərrüfat məhsullarının aradan getməsində əsas rol oynayan iki amildir. Dolu ilə mübarizə aparmaq üçün ənənəvi üsul yoxdur və əkinçilər hər il çoxlu ziyanla qarşılaşırlar. Şaxta ilə mübarizədə ənənəvi üsul isə əkinçiləri çoxlu xərc və zəhmətlə üzləşdirən tüstüsdən istifadə etməkdir. Kənd təsərrüfatında ziyanları azaltmağın yollarından biri, texnologiyadan istifadə etməkdir.
Şaxta və dolu yağıntısına qarşı elmə əsaslanan texnologiya
Elm təməlli Ervin Dolu Sənayesi Şirkətinin baş direktoru Əlirza Yuriyan, şirkətin təqdimatında deyib: Bizim şirkət 2010-cu ildə yaradılıb, şaxta və dolu əleyhinə müxtəlif növ kənd təsarrüfatı alətlərinin istehsalı sahəsində fəaliyyət göstərir.
O, dolu əleyhinə olan cihazın iş prinsipi barəsində deyib: Bu cihaz, soliton dalğaları adlı mexaniki səs dalğaları yaradır və 14-16 km məsafədə olan ildirım buludlarına doğru atır. Yaranmış dalğalar titrəyişə səbəb olur və bu titrəyiş, dolu dənələrinin yaranmasına mane olur. Bu cihazın yaratdığı dalğalar cihazın daxilindəki partlayışdan əmələ gəlir. Dolu əleyhinə olan cihazın istifadə etdiyi yanacaq asetilen qazıdır.
Ervin Dolu Şirkətinin baş direktoru deyib: Dolu əleyhinə olan cihaz, təxminən 80-100 hektar məsafədə dolunu yağışa çevirir. İndiyə qədər ölkə boyunca kənd təsərrüfatında istifadə olunan 500 cihaz quraşdırmışıq. Sənaye tətbiqlərində də İranhkodro və Fərdamotorsun üstü açıq dayanacaqlarında dolunun maşınlara ziyan vurmasının qarşısını almaq üçün bizim şirkətin istehsal etdiyi cihazdan istifadə olunmuşdur.
O, şaxta əleyhinə müxtəlif cihazlar barəsində deyib: Bu şirkətin şaxta əleyhinə cihazı bir neçə növdə istehsal olunur ki, onlar yaz fəslində şaxta ilə mübarizə aparırlar. Onlardan biri təxminən 1.5-2 hektar sahədə davanı dövr etdirərək ağacların donmasına mane olan tərs rübdür. Şaxta cihazının digər növü, təxminən 2 hektar sahədə şaxta əleyhinə tüstü yaradan tüstüləndirici şaxta cihazıdır.
Ölkə xaricində cihazların istehsal xəttinin yaradılması Nuriyan, bu cihazların digər ölkələrə də ixrac olunması barədə məlumat verərək deyib: Şirkətimizin Azərbaycana, Yunanıstana və Türkiyəyə ixracatı olub. Həmçinin, Türkiyə tərəfindən yükək qaşılandığına görə, bu ölkədə istehsal xətti yaratdıq və öz brendimizlə bu ölkədə dolu əleyhinə cihaz istehsal edirik.