İranın koronavirusa qarşı istehsal etdiyi “Pars Cov İran” peyvəndi uşaqlar üçün əh təhlükəsiz peyvənddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın “Pars sənaye” şirkətinin rəhbəri Dilarəm Dorudi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əgər hökumət əhaliyə 3-cü dozanın vurulması barədə qərar qəbul etsə onun rəhbərlik etdiyi şirkət 250 milyon doza peyvənd istehsal etmək imkanına malikdir.
Qeyd edək ki, bütün dünyada Covid-19 virusunun Omicron ştammının rekord yoluxma sayına səbəb olduğu bir şəraitdə İranda yoluxma sayında kəskin azalma var. İranda avqust ayında qeydə alınan gündəlik 50228 yoluxma sayı bu gün (29 dekabr, 2021-ci il) 1905 nəfər təşkil edib.