İran istehsalı olan cihazla üzvi və yaş tullantıların gübrəyə çevrilməsi

Üzvi tullantıların gübrəyə çevrilməsi üçün lazım olan cihazlar ABŞ və Avropa ölkələrinin sanksiyalarından sonra İrana idxalı dayandırılmış cihazlardandır. İdxalın dayandırılmasının ardınca, şəhər tullantılarının utilizasiyasında 65% azalma müşahidə edilib.

Hal-hazırda elm təməlli bir şirkət Orta Şərqdə “özünü idarə edən Kompost Tornaçısı maşını”nın ilk və yeganə istehsalçısı kimi bu maşını lokallaşdırmaqla, İrana qarşı olan sanksiyaları təsirsiz etməyi bacarıb.

Bu elm təməlli şirkətin baş direktoru “Windorw Tornaçısı” cihazının lokallaşdırılmasının zəruruliyi barəsində deyib: Dünyada, ilkin torpaq ehtiyatlarının çatışmazlığı və təkrar emal məsələsinin əhəmiyyəti səbəbilə bir çox üsullar mövcuddur. Müxtəlif yollarla kağız, şüşə, plastik və metal kimi maddələri tullantılardan ayırıb, yenidən emal edirlər. Amma şəhər tullantılarının böyük bir həcmini mətbəxdə əmələ gəlmiş və müxtəlif meyvə qabıqları, yemək qalıqları və s. kimi tullantılara şamil olan yaş tullantılar təşkil edir. Belə ki, bəzən yaş tullantıların miqdarı 70%-ə çatır. Buna görə də, bu həcmdə olan tullantıların təkrar emalı çox böyük əhəmiyyətə malikdir. Yaş tullantıları kənd təsərrüfatı və bağçılıqda istifadə oluna bilən kompost gübrəsinə çevirmək dünya səviyyəsində tanınmış üsullardan biridir.

O, sözlərinin davamında deyib: İranda da şəhər tullantılarının 70%-dən çoxunu üzvi maddələr təşkil etdiyindən, bu maddələrin kənd təsərrüfatı gübrəsi kimi yenidən istifadəyə verilməsinə kömək etmək üçün planlaşdırma ekoloji üstünlüklərdən əlavə, utilizasiya maddələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Bu texnoloqun sözlərinə görə, biokompost istehsalı ölkədə tullantıların təkrar emalı və gigiyenik utilizasiya proqramlarının başında dayana bilər. Üzvi tullantılarını kompost gübrəsinə çevirmək üçün mövcud olan üsullardan biri “özünü idarə edən Kompost Tornaçısı maşını”ndan istifadə etməkdir.

Bu üsulda materiallar yerdə qalaqlar şəklində saxlanılır və “özünü idarə edən Kompost Tornaçısı maşını” vasitəsilə havalandırılır. Aerob mikroorqanizmlərin fəaliyyəti ilə kompostlaşma prosesi tədricən tamamlanır və bu əməliyyatlar zamanı xəstəlik yaradana amillər aradan gedir. Amma bu cihazın idxal olunmasını və İrana qoyulan sanksiyalar səbəbilə onun xarici mənbələrdən əldə olunmasının çox çətin, hətta qeyri-mümkün olmasını nəzərə alsaq, “özünü idarə edən Kompost Tornaçısı maşını”nın lokallaşdırılması çox əhəmiyyətlidir.

O, bu cihazın alışının 17 milyard tümənə başa gəldiyini bildirərək deyib: Bu məhsulun oxşar xarici nümunəsinin qiyməti 35 milyard tüməndir və hər bir cihazdan təxminən 18 milyard tümən valyuta qənaətinə sahibik.

Bu fəal texnoloq lokallaşdırılmış Windorw Tornaçısının oxşar xarici nümunələrlə müqayiəsədəki üstünlüyü barəsində deyib: Bu cihaz böyük ölçülərə malik olduğundan və çox yer tutduğundan, onun daşınması olduqda çətin və bahalıdır. Buna görə də, onun lokallaşdırılmasının ən mühüm üstünlüyü daşınması ilə bağlı problemləri, valyuta çıxşını və.s aradan qaldırmaqdır. İkinci məqam ondan ibarətdir ki, dünyada bu cihazın istehsalçıları məhdud sayda olduğundan, satış sonrası xidmətlərin göstərilməsi də zəifdir. Hətta satış sonrası xidmətlərin olmaması səbəbilə idxal olunmuş Windorw Tornaçılarının çoxu istifadəsiz qalıb. Bütün bunlarla yanaşı, bu məhsulun lokallaşdırılmasında gündəmdə saxladığımız məsələ bizi hər cəhətdən oxşar xarici nümunədən ehtiyacsız etməsi üçün bütün oxşar xarici cihazların üstünlüklərini bu cihaza daxil etməkdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir