Prezidentin elmi və texnoloji işlər üzrə müavini tərəfindən sənayedə, texnologiyaların inkişafında, cəmiyyətin yaşayışında təsir edici və strateji rolunu ifa etmiş, nano texnologiyalarına əsaslanan məhsullar barədə məlumat verilib. Ölkə elm təməlli şirkətlərin qüdrəti və uzun müddətli proqramlaşdırma sayəsində nano texnologiyasının inkişafında mühüm nailiyyətlər əldə edib və dünya nano texnologiyaları klubunda əlverlişli mövqe tutmağı bacarıb.
Nano miqyas sertifkatı əldə etməyi bacaran İran istehsalı olan nano məhsullarının sayı artrmağa doğru getmiş və cari ilin Noyabr ayının sonuna qədər daxili istehsal olan məhsul və avadanlıqlara 1376 ədəd nano miqyas sertifkatı verilib. “Nəqliyyat” 27% inkişafla, nano miqyas sertiftakına malik olan sənaye məhsulları arasında ən böyük payı olan sahədir. Növbəti yeri 24% inkişafla “Xammal” tutur.
Həmçinin, “tikinti və abadlıq” 11%, “sağlamlıq və gigiyena” 9%, “enerji, neft və əlaqəli sənayelər” 7%-lə növbəti yerlərdə qərarlaşırlar.
Nano miqyaslı məhsullar istehsal edən elm və texnologiya əsaslı şirkətlərin fəaliyyəti
140 nano məhsul və 236 nano avadanlıq istehsal edən və bazara çıxaran 335 şirkət nano texnologiya sahəsində fəaliyyət göstərib. Ümumilikdə nano texnologiya 15-dən çox sənaye sahəsinə daxil olub və bu sənayelərin məhsulları indiyə qədər dünyanın 45 ölkəsinə ixrac olunub. Nano miqyas sertifkatına malik məhsulların ümumi statistikası, 2008-ci ildən bəri inkişaf etmiş və nano miqyaslı məhsullar nano miqayaslı avadanlıqlara nisbətən daha çox pay götürüb. 2015-ci ilə qədər nano miqyaslı avadanlıqlar nano miqyaslı məhsullardan daha çox idi və bu ildən sonra nano miqyaslı məhsullar önə keçib və gözə çarpacaq dərəcədə fərqlə onu qabaqlayıb.
Nano miqyas sertifkatının əldə olunma prosesi
Texnologiyanın İnkişafı Qərargahının elmi, texnoloji və elm təməlli iqtisadiyyatı üzrə prezident müavini, nano məhsulları bazarının şəffaflığının yaranması və bununla da məhsulların keyfiyyətinin artırılıması, istifadəçilərin etimadının yüksəldilməsi və sonda bu bazarın inkişafı yönündə nano texnologiya sahəsinin məhsullarına nano miqyas sertifkatı verir. Bu proses, Texnologiya Xidmətləri Müəssisəsinin Bazara qədərki Qiymətləndirmə bölməsi vasitəsi ilə həyata keçirilir.
Bu bölmə ərizəçinin sənədlərini nəzarətdən keçirməklə, məhsulun yoxlanışı üçün yoxlama təlimatları və sınaqlar hazırlayır. İstehsal yerinə baxış keçirdikdən, nümunələr götürdükdən və sınaq layihəsinə uyğun təcrübələr apardıqdan sonra məhsulun nano miqyaslı olub-olmaması barədə yoxlanış bölməsinin texniki hesabatı elan olunur. Nano miqyas sertifkatı o məhullara verilir ki, istehsalçı, deyilən texniki göstərişlərə əməl etməkdən əlavə müəssisənin nizamnamələrində dərc olunmuş digər istehsal və ticarət tələblərinə ( o cümlədən, istehsal ya istismar lisenziyası, aktiv keyfiyyətə nəzarət bölməsi, şirkətdə nano texnologoyası mütəxəssisinin olması və s.) riayət etmiş və nano miqyas sertifkatının verilməsi barəsindəki müqaviləni imzalamış olsun. Yalnız, məhsulun texniki tələblərini həyata keçirmiş istehsalçının məhsullarına nano miqyaslı test sertifkatı verilir.
Nano texnologiyaları sahəsində o məhsullar yer alır və o məhsullara nano miqyaslı təsdiqləyici sertifkat verilir ki, yoxlanış prosesində 12098 milli standartlar və 27687 (ISO/TS) beynəlxalq standartlarla uyğun olaraq, 1-100 arası nano metr ölçülü, istehsal proseinin mühəndisliyi, məhsula nisbətdə xüsusiyyətlərin yaxşılaşdırılması kimi hallar hesablanmış olsun.
Nano miqyas sertifkatı bir il etibarlıdır və uzadılma qabiliyyətinə malikdir. Həmçinin, etibarlılıq müddəti boyunca istehsalçının məhsulunun xüsusiyytlərinin və ölçüsünün sabit qalmasına əmin olmaqdan ötrü şirkətdə vaxtaşırı yoxlamalar aparılır.