İran İnformasiya Texnologiyası sahəsində daha bir uğurlu layihə başlatdı

İran İslam Respublikasında fəaliyyət göstərən “D-8 Texnologiya Transferi və Mübadilə Şəbəkəsi (D-8 TTEN)” adlı qurumun Baş katibinin müavini Milad Sədr Xanlu mətbuat konfransı keçirib.
O, mətbuat konfransında vurğulayıb ki, Pərdis Texnologiyalar Parkında 61 startap, sərmayə qoyan şirkətlər və 73 yerli və xarici investorun iştirakı ilə yeni proqram layihəsinə start verilib.
Baş katib müavini “D-8 Texnologiya Transferi və Mübadilə Şəbəkəsi (D-8 TTEN)”nin hər il texnologiya sahələrinə sərmayə qoymağa kömək etmək məqsədi ilə belə proqram layihələri həyata keçirdiyini bildirib.
“Bu tədbir əvvəllər də keçirilib və üzvlər müvafiq əməkdaşlıq və investisiya sazişləri imzalayıblar. Biz tədbiri son iki ildə fasiləsiz keçiririk və bu, TİM-in 4-cü turu olacaq”, – deyə Milad Sədr Xanlu diqqətə çatdırıb.

O əlavə edib ki, 167 texnologiya startapı toplantıda iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 140 yerli startap və 27 xarici startap TIM2022-də iştirak üçün müraciət ünvanlayıb.

Ekspertlərin iştirakı ilə baxış sessiyası keçirildikdən sonra, nəhayət, 61 startap və investisiya qoyulan şirkətin seçilərək müvafiq investorlara təqdim edildiyini deyən Milad Sədr Xanlu, 12-nin xarici, digərlərinin isə İrandan olduğunu xatırladıb.
O, qeyd edib ki, investorlar arasında dəyəri 10 milyon dollardan artıq olan 11 əməkdaşlıq sazişi də imzalanıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir