Çərşənbə günü Prezident yanında Elm və Texnologiya müavininin iştirakı ilə Şərif Sənaye Universitetində Kriogen Tədqiqat Mərkəzi istifadəyə verilib. Bu mərkəz İrani kriogen texnologiyasına sahib olan məhdud sayda ölkələr sırasına qatıb.
Kriogen (cryogenics) üsulu ilə hava komponentlərinin ayrılması sadə, amma havadan lazımi qazların çıxarılması üçün mürəkkəb texnologiyalı proseslərdən biridir. Bu ayırma üsulu hal-hazırda sənayedə oksigen, azot və maye nəcib qazın yüksək istehsalının ən çox xərcli və ən səmərəli üsullarından biridir. Ayırıcı qurğular sıxılmış havadan yüksək təmizliyə malik maye qazlar istehsal etmək üçün bir neçə distillə sütunundan istifadə edir.
Hava azot, oksigen və.s kimi komponentlərə malikdir. Bu komponentlərin hər birinin özünə məxsus qaynama və sıxılma dərəcəsi var. Kriogen texnologiyasında hava mayeləşmə dərəcəsinə qədər (mənfi 196 dərəcə Selsi) soyuyur və müxətlif komponentlər öz sıxlıqlarına görə, yaranan mayenin müəyyən səviyyələrində yerləşirlər. Bu prosesdə havanın komponentlərinin ayrılma imkanı yaranır və saxlama bölmələrində yerləşən azot, oksigen, arqon kimi qazlar əldə edilir.
İranda Şərif Sənaye Universitetinin Enerji, Su və Ərtaf Mühit Elmləri və Texnologiyaları Tədqiqat İnstitutundakı Kriogen Tədqiqat Mərkəzi bu texnologiyanın yerli dizayn və istehsalını bacara bilən ilk mərkəzdir.
Bu tədqiqat mərkəzi sənaye qazlarının hazırlanması və saxlanılması sistemlərinin kriogen üsulu ilə dizayn edilərək istehsal olunması üzrə 26 illik iş təcrübəsi olan Hetco Şirkəti tərəfindən işə salınıb. Bu mərkəz hal-hazırda orta hesabla 10 elmi heyət üzvü ilə əməkdaşlıq edir.
Kriogen texnologiyası Hetco şirkətinin fəaliyyətindən əvvəl yalnız 5 ölkəyə aid idi. İndi İran da bu texnologiyaya sahib olan ölkələr arasındadır. Hatco Şirkətinin Hava Ayırma Bölməsi yaxud ASU özəl sektorun bilik bazalarının köməyi ilə xeyli dərəcədə lokallaşıb.
Qeyd etmək lazımdır ki, Hetco Şirkəti Çin məhsuluna nisbətən daha yüksək keyfiyyətli və daha yaxşı cəhətlər təqdim etməyi bacarıb. Avropa nümunələri ilə eyni keyfiyyətə malik olmaqla yanaşı, qiyməti daha ucuzdur.
Şərif Sənaye Universitetindəki bu tədqiqat mərkəzi çərşənbə günü Prezident yanında Elm və Texnologiya müavini Ruhullah Dehqan Firuzabadinin iştirakı ilə istifadəyə verilib.