İran hansı raket və dronu ilə sionist rejiminə cavab verdi?

Həftənin bazar günü SEPAH-ın Hava Qüvvələri sionist rejiminin, İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüzünə dron və raketlə cavab verib. Bu yazıda həmin silahların texniki göstəricilərini diqqətinizə çatdıracağıq.

Sionist rejiminin Aprelin 1-dəki cinayətinə və İranın Dəməşqdəki konsulluğunda olan İranın 7 yüksək rütbəli hərbi məsləhətçisinin şəhadətinə qarşılıq olaraq dünən SEPAH-ın Hava Qüvvələrinin dron və raket cavabı baş tutub.  

Əldə olunan görüntü və xəbərlərə əsasən, SEPAH bu mərhələdə işğal olunmuş ərazilərdəki mühüm hədəflərə onlarla “Şahid-136” kamikadze dronu atıb. Bəzi xəbər mənbələri hücumların ilk dalğasında SEPAH-ın Hava Qüvvələrinin işğal olunmuş ərazilərə tərəf yüzlərlə dron buraxdığını iddia ediblər.

“Şahid-131” “Şahid-136” İranın delta gövdəli (üçbucaq şəkilli) kamikadze dronlarıdır və hərəkət üçün pistonlu mühərriklərdən istifadə edirlər. Hərçənd ki, bu iki dron bir-birinə oxşayır, amma Şahid-131-in Şahid-136-dan daha kiçik ölçüləri var. Buna görə də, onun bəzi funksional və görünüş xüsusiyyətləri Şahid-136-dan fərqlənir.

Onları bir-birindən ayırmağa da kömək edən görünüş fərqlərindən biri onların son qanadlarıdır. Beləki, Şahid-136-da bu qanadlar gövdənin aşağı və yuxarı hissəsindədir və Şahid-131-də isə yalnız gövdənin yuxarısındadır.

Uzun mənzilli və istənilən nöqtəni vuran strateji Xurrəmşəhr-4 raketi

Uzun mənzilli və istənilən nöqtəni vuran strateji Xurrəmşəhr-4 raketi işğal olunmuş əraziləri hədəfə almaq üçün istifadə olunmuş silah və sistemlərdən biridir.

Bu raket Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış ən qabaqcıl raketlərdəndir. Onun uçuş mənzili 2000 km olub, 1500 kq-lıq güclü partlayışa sahib döyüş başlığı ilə təchiz olunub.

Bu raket taktiki imkanlar yaratmaq üçün ən yaxşı maye yanacaq mühərriklərindən biri ilə təchiz edilib və elə bir şəkildə dizayn olunub və mühərrik yanacaq çənində yerləşdirilib ki, raketin uzunluğunun təxminən 13 metrə enməsinə səbəb olub.

Raketin 4 metrə yaxın döyüş başlığı istehsal olunmuş ən böyük və ən təsirli döyüş başlıqlarından biridir ki, bir tondan çox partlayıcı daşıma qabiliyyətinə malikdir.

Döyüş başlığının yüksək sürətlə hədəfə dəyməsi düşmənin havadan müdafiə sistemlərinin onu müəyyənləşdirmə, izləmə və məhv etmə qabiliyyətinə malik olmamasına səbəb olur.

Bu raketin özündən əvvəlki digər nəsil raketlərdən fərqi orta fəzada (atmosferdən yuxarı uçuş) istənilən hədəfin dəqiq vurulmasını təmin etməkdir.

Xeybər Şekən raketi

Xeybər Şekən raketi İslam İnqilabının Keşikçilər Korpusuna aid raketlər ailəsinin üçüncü nəsli olan orta mənzilli balestik bir raketdir. Bu raket İranın yüksək rütbəli hərbi komandirlərinin iştirakı ilə İslam inqilabının 43-cü il dönümünü münasibəti ilə keçirilən bir mərasimdə təqdim olunub. Xeybər Şekən” adı müsəlmanların İmam Əlinin (ə) rəhbərliyi altında Mədinədə yəhudi qalalarını fəth etdikləri “Xeybər döyüşü”ndən götürülmüş bir addır. Xeybər Şekən raketinin aşağıdakı xüsusiyyətlərinı işarə etmək olar:

Yanacağı: Xeybər Şekən bərk yanacaqdan istifadə edir ki, bu da bir çox üstünlüklərə, o cümlədən hazırlıq və atəş vaxtının artması, daha asan saxlama və daha çox funsionallığa səbəb olur.

Mənzili və dəqiqliyi: Bu raketin mənzili 1450 km-dən çoxdur və son mərhələdə manevr qabiliyyətinə görə düşmənin havadan müdafiə sistemlərindən keçə və yüksək dəqiqliklə nəzərdə tutulmuş hədəfə dəyə bilər.

Döyüş başlığı: Xeybər Şekən raketinin döyüş başlığı 500 kq və yüksək partlayıcı tiplidir. Bu döyüş başlığı çox yüksək temperatura dözə bilir və raket əleyhinə sistemlər qarşısında dayanıqlıdır.

Ölçüləri: Onun uzunluğu 10.5 m, diametri 80 sm və çəkisi 4.5 tondur. Oxşar nümunələrinə nisbətdə daha kiçik olan bu ölçülər raket bazalarının məhdud fəzasında daha çox raket saxlama imkanı yaradır.

Sürətlənmə: Bu raketin Yerin atmosferindən çıxmazdan öncəki yüksək sürətlənməsi (4-5 Mach-a qədər) onun uşuş məsafəsinin artmasına kömək edir.

Buraxılış qurğusu: Xeybər Şekən müxtəlif qurğulardan, o cümlədən 10 təkərli şassi üzərindəki səyyar buraxılış qurğusundan istifadə edir ki, bu da kommersiya vasitəsi kimi kamuflyaj etmək qabiliyyətinə malikdir.

İmad raketi

İmad raketi İranın ilk orta mənzilli balistik raketidir ki, “Doğru vəd” əməliyyatındakı yaxud İranın İsrailə olan həmin hücumundakı dron və raket siyahısında parlayır. Bu hücumda balistik raket və dronların siyahısında işıq saçan bu raket hədəfə dəyən ana qədər idarə olunma qabiliyyətinə malikdir. Bu raket 2015-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi tərəfindən təqdim olunaraq uğurla sınaqdan keçirilib. İmad raketinin ən mühüm imkanları və xüsusiyyətlərindən bunlara toxunmaq olar:

İdarə olunma qabiliyyəti: İmad özündən əvvəlki nəsil raketlərin əksinə olaraq, hədəfə dəyən ana qədər uçuş boyu idarə olunma qabiliyyətinə malikdir. Bu xüsusiyyət raketin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır və hədəflərini yüksək dəqiqliklə məhv etmə imkanı yaradır.

Mənzili: İmad raketinin uçuş məsafəsinin 1700-2500 km olduğu təxmin edilir. Bu uçuş məsafəsi İmad raketini uzun mənzilli raketə çevirir. O, regionda geniş hədəflərə hücum edə bilər.

Yüksək dəqiqliyi: İmad raketinin səhv etmə faizi Şəhab-3 raketinin səhv etməsinin dörddə biri qədərdir. Bu, o deməkdir ki, İmad nəzərdə tutulmuş hədəfə yüksək dəqiqliklə dəyə bilər.

Qanadlı Pave raketi

Qanadlı Pave raketi qanadlı Sumar raketi ailəsinin bir hissəsidir və o, 2015-ci ildə nümayiş edilib. Bu raket Sumar raketindən sonra 700 km uçuş məsafəsi ilə bu ailənin ikinci üzvü hesab olunur və İranın İsrailə hücumunda iştirak etmiş raket və dronların ən əsaslarından sayılır.

İranın İsrailə qarşı hücum əməliyyatı üçün uyğun varianta çevrilən qanadlı Pave raketinin ən mühüm imkanları və xüsusiyyətlərindən aşağıdakılara işarə etmək olar:

Mənzili: Qanadlı Pave raketi əhəmiyyətli dərəcədə uçuş məsafəsinə malikdir və İran rəsmilərinin sözlərinə görə, 1350 km-dən çox fasilədə yerləşən hədəflərə hücum etmə gücünə sahibdir.

Manevr qabiliyyəti: Pave yığılan qanadlardan və gövdənin yuxari hissəsindəki xarici mühərrikdən istifadə edir. Bu da ona yüksək manevr və uçuş boyu yolunu dəyişmə imkanı verir. Bu xüsusiyyət raketin izlənilməsi və məhv edilməsini düşmənə daha da çətinləşdirir.

Kütləvi hücum: Pave kütləvi şəkildə və bir-biri ilə əlaqə yaradaraq hədəflər istiqamətində hücum etmə qüdrətinə malikdir. Bu üsulda bir raket qrupun başçısı kimi çıxış edib, digər raketləri idarə edir.

Aldatma qabiliyyəti: Pave raketləri lazım gəldiyində yem kimi çıxış edib, digər raketlərin hədəfə vurulması üçün yol aça bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir