İran güləşçiləri Rusiyanın “Aksyonov” kubokunda 5 medal qazandı

İranın yunan-roma güləşi üzrə yığma komandası Rusiyanın “Aksyonov” kubokunda 2 qızıl, 2 gümüş və 1 bürünc medalla öz işinə yekun vurub.

İRİB-nin məlumatına əsasən, İranın yunan-roma güləşi üzrə yığma komandası sentyabrın 10-u və 11-də Rusiyanın Novosibirsk şəhərində keçirilən “Aksyonov” kuboku yarışlarında iştirak edib. 

Turnirdə Puya Nasirpur, Əmir Qasimi Moncezi qızıl medal, Məhəmməd Nurbəxş və Məhəmməd Hüseyn Mahmudi gümüş medal, Əli Əsğər Sam Dəliri isə bürünc medal əldə ediblər. 

Əmir Hüseyn Hacipur, Arif Həbibullahi və Məhəmməd Hüseyn Azərmdoxt sıralama görüşlərində rəqiblərinə uduzaraq, beşinci olublar. 

Höccət Rzayi də yarışlardan kənarlaşdırılıb. 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir