İran gimnastikası tarixində ilk dəfə

İranın milli geyimli gimnastı, gənclər arasında dünya çempionatının dəstəli at aləti üzrə yarışlarının finalına yol tapıb.

Xarici KİV-in verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında dünya çempionatının ikinci turu çərçivəsində İran gimnastikası nümayəndələri dəstəli at aləti üzrə dünyanın 36 ölkəsindən olan 121 gimnastla mübarizə aparıblar.

Əli Əsədi, öz rəqibləri ilə yaxın rəqabətdə 13.133 göstərici ilə ilk idmançı olaraq dəstəli at aləti üzrə yarışın finalına vəsiqə qazanıb.

Nima Yəqubi, 12.633 və Əbulfəzl Nikuxuy 12.333 göstərici ilə bu alət üzrə yarışlarda muvafiq olaraq 28 və 37-ci yerlərdə qərarlaşıblar.

Bu yarışlarda İranın gənclərdən ibarət milli komandasının rəhbərliyi, Məsud Cudinin öhdəsinə düşüb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir